Vakansiya haqqında
Təsvir
Biz, innovativ süni intellekt məhsullarını inkişaf etdirən dinamik və təcrübəli
Fullstack AI Developer axtarırıq. Bu rolda siz, mürəkkəb süni intellekt modellərini (LLM, RAG
sistemləri, agentlər) real istifadəçi interfeyslərinə inteqrasiya edərək, sıfırdan hazır proqram məhsulları
(end-to-end) ərsəyə gətirəcəksiniz.
Vəzifə öhdəlikləri
Biznes tələblərinin texniki tapşırıqlara (architecture design) çevrilməsi və digər
departamentlərlə texniki məsləhətçi kimi qarşılıqlı fəaliyyətin aparılması;
AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasının dizaynı və
idarə edilməsi;
Kod keyfiyyətinin, təhlükəsizliyinin və performansının
artırılması məqsədilə kod analizi (code review) və testləşdirmə proseslərinin idarə edilməsi;
Yeni texnologiyaların, frameworkların araşdırılması və layihələrə tətbiq olunma imkanlarının
qiymətləndirilməsi;
OpenAI (GPT), Google (Gemini)
, Anthropic (Claude), Llama kimi böyük dil modellərinin (LLM) API-lar vasitəsilə tətbiqə inteqrasiya
olunması;
Cloud əsaslı sistemlərin lokal (on-premise) mühitə köçürülməsi
və infrastrukturun buna uyğun tənzimlənməsi;
Sistemlərin inteqrasiyası,
API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarların qəbul
edilməsi;
Layihə üzrə texniki sənədləşmələrin hazırlanması və analitik
hesabatlılığın aparılması.
Tələblər
Ali təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi, İKT və ya əlaqəli sahələr
üzrə);
Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində
minimum 3-4 il iş təcrübəsi;
Backend: Python (FastAPI)
və ya Node.js (TypeScript) dillərində mükəmməl proqramlaşdırma bacarığı, data strukturları və alqoritmlər üzrə
biliklər, mikroservis arxitekturası üzrə dərin biliklər;
Frontend: React.js, Next.js framework-ləri ilə zəngin iş
təcrübəsi;
AI & LLM: LangChain, LlamaIndex və ya
bənzər AI framework-ləri ilə iş təcrübəsi;
Vector DB:
Pinecone, ChromaDB, PGVector və ya Azure AI Search kimi verilənlər bazaları ilə işləmək
bacarığı;
API & İnteqrasiya: RESTful API və
WebSockets texnologiyaları üzrə dərin biliklər;
Verilənlər
Bazası:PostgreSQL və MySQL üzrə sorğu optimallaşdırılması və verilənlər bazası strukturlarının
layihələndirilməsi;
CI/CD konseptləri, Docker və bulud
serverləri (AWS, Azure və ya GCP) ilə infrastruktur səviyyəsində işləmək bacarığı;
Versiya Kontrolu: Git və GitHub/GitLab ilə sərbəst işləmə
bacarığı.
Üstünlükdür:
MLOps alətləri (Kubernetes) haqqında anlayış.
Bulud platformaları (AWS, Google Cloud, Azure) ilə iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
