Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Əməyin mühafizəsi və təhlükəsizlik departamentinin gündəlik fəaliyyətinin təşkilinə
və həyata keçirilməsinə dəstək göstərmək;
Yeni işə qəbul edilmiş
əməkdaşlar üçün ilkin giriş təlimatlarının təşkilində, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin
keçirilməsində iştirak etmək;
Əməkdaşların qanunvericiliklə nəzərdə
tutulmuş tibbi müayinələrinin vaxtında təşkilinə dəstək göstərmək;
İş
yerlərində təhlükəli vəziyyətlərin və təhlükəsizlik tələblərinə uyğunsuzluqların müəyyən edilməsi, aidiyyəti
şəxslərə bildirilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sənədlərin toplanması, qeydiyyatı və
araşdırılması prosesinə inzibati dəstək göstərmək;
Fərdi mühafizə
vasitələrinin, xüsusi geyim və ayaqqabıların uçotunun aparılmasına və düzgün istifadəsinə nəzarət prosesinə dəstək
göstərmək;
Əməyin mühafizəsi üzrə qeydiyyat jurnallarının, hesabatların,
aktların və digər sənədlərin hazırlanmasını, yenilənməsini və sistemləşdirilməsini həyata
keçirmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və fövqəladə hallara
hazırlıq üzrə maarifləndirmə və profilaktik tədbirlərin təşkilində iştirak etmək;
Otelin ərazisində ekoloji təhlükəsizlik, tullantıların idarə olunması və ətraf mühitin
qorunması üzrə tədbirlərə dəstək göstərmək;
HACCP sistemi çərçivəsində
qida təhlükəsizliyi prosedurlarının tətbiqinə, monitorinq formalarının, yoxlama vərəqlərinin və qeydiyyat
jurnallarının aparılmasına dəstək göstərmək;
Qida təhlükəsizliyi üzrə
əməkdaşların məlumatlandırılması və təlimatlandırılması prosesində iştirak etmək;
1C proqramı vasitəsilə müvafiq məlumatların sistemə daxil edilməsini və işlənməsini həyata
keçirmək;
Davamiyyət cədvəllərinin, iş qrafiklərinin və məzuniyyət
planlarının hazırlanmasına, eləcə də departamentin işə qəbul və digər inzibati proseslərinə dəstək
göstərmək;
Departamentin sənədlərinin məxfiliyinin qorunmasını, düzgün
arxivləşdirilməsini və saxlanılmasını təmin etmək.
Tələblər
Ali və ya orta ixtisas təhsili (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya,
qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Azərbaycan dili sərbəst, rus dili və ingilis dili bilikləri yaxşı səviyyədə bilmək (şifahi və
yazılı)
Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində ilkin
biliklər;
Əmək qanunvericiliyi və əməyin mühafizəsi üzrə normativ
sənədlər haqqında ümumi məlumatlılıq;
HACCP və qida təhlükəsizliyi
prinsipləri barədə biliklər üstünlükdür;
MS Office proqramlarında
(xüsusilə Excel və Word) işləmək bacarığı;
1C proqramı üzrə bilik və
təcrübə üstünlükdür;
Sənədləşmə və hesabatların hazırlanması
bacarığı;
Yüksək təşkilatçılıq, diqqətlilik və
məsuliyyətlilik;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq
bacarığı;
Operativlik, təşəbbüskarlıq və detallara
diqqət.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
