Vakansiya haqqında
Struktur bölmə: Korporativ satış şöbəsi
Birbaşa tabeçilik: Şöbə müdiri
Funksional tabeçilik: Baş mütəxəssis (Müştərilərlə iş üzrə
menecer)
Vəzifə öhdəlikləri:
Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin
fasiləsiz və effektiv icrasına dəstək göstərir.
Satış üzrə Baş
Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların
izlənməsi və s.).
Korporativ müştərilərlə görüşləri təşkil edir,
görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır.
Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək
göstərir.
Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və
ilkin analitik təhlilində iştirak edir.
İş yükünü effektiv idarə edir,
gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir.
Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək
verir.
Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir
və verilmiş tapşırıqların icrasını təmin edir.
Satış əməliyyatlarının
icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə
olunur.
CRM sisteminə məlumatların daxil edilməsi və məlumatların
mütəmadi olaraq yenilənməsinin təmin edir.
Satış alətlərinin tətbiqində
iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir.
Görülən
işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir.
Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə açıq olur və ezamiyyət çərçivəsində verilən
tapşırıqları icra edir.
Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək
məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, İT və ya oxşar sahələr
üzrə).
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
arzuolunandır.
Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı;
rus və ingilis dillərini bilmək üstünlükdür.
MS Office proqramları ilə
sərbəst işləmə bacarığı.
CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə
işləmə bacarığı (təlim keçirilir).
İnformasiya texnologiyaları və
rəqəmsallaşmaya marağının yüksək olması zəruridir.
Ünsiyyətcil, yüksək
danışıq və təqdimat bacarığı.
Tapşırıqları düzgün prioritetləşdirmə və
problem həll etmə bacarığı.
Əlavə məlumat:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri
)
Vakansiya növü : Tam ştat
İş
yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Namizədin bilik və
bacarığına uyğun olaraq
Təminatlar:
Push 30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq
imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq
imkanı.
İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün
imkanlar.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
