Vakansiya haqqında
Təsvir
Şirkətimiz yanğın xəbərverici sistemlərin layihələndirilməsi, quraşdırılması və
istismarına nəzarət edəcək YanğınXəbərverici Sistemləri üzrə Baş mütəxəssis axtarır. Namizəd
sistemlərin auditinin aparılması, layihələrin texniki idarə edilməsi, quraşdırma və təhvil proseslərinə nəzarət,
risklərin müəyyənləşdirilməsi və texniki hesabatların hazırlanmasını həyata keçirəcək.
Vəzifə öhdəlikləri
Yanğın xəbərverici sistemlər üzrə audit yoxlamalarını təşkil etmək və
aparmaq;
Layihələrin icrasına və texniki tələblərə uyğunluğuna nəzarət
etmək;
Yanğın xəbərverici sistemlərin layihələndirilməsində iştirak etmək
və texniki həlləri qiymətləndirmək;
İş həcmlərini müəyyənləşdirmək və
texniki iş təsvirlərini hazırlamaq;
Texniki tələbləri və ehtiyacları
müəyyənləşdirmək, müvafiq həllər üzrə təkliflər vermək;
Yanğın
xəbərverici sistemlərin quraşdırılması, texniki xidməti, konfiqurasiyası və şəbəkə bağlantıları üzrə texniki
sənədləri hazırlamaq və nəzarətdə saxlamaq;
Sistemlərin istismarına
nəzarət etmək və texniki məlumatları təqdim etmək;
Layihələr üzrə
riskləri müəyyənləşdirmək, qiymətləndirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Yanğın xəbərverici sistemlərin quraşdırılması və təhvil prosesinə nəzarət
etmək;
Sistemlərin audit nəticələrini və texniki vəziyyətini
qiymətləndirərək hesabatlar hazırlamaq;
Avadanlıq və materiallara olan
tələbatı müəyyənləşdirmək, sifariş prosesinə nəzarət etmək;
Hesabat və
texniki məruzələri hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri üzrə təkliflər
vermək;
İşlərin təhlükəsizlik norma və standartlarına uyğun həyata
keçirilməsinə nəzarət etmək;
Görülən işlərin və texniki proseslərin
düzgün sənədləşdirilməsini təmin etmək.
Tələblər
Yanğın təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahə üzrə ali
təhsil;
Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
Yanğın xəbərverici və aşağı gərginlik sistemlərinin layihələndirilməsi, quraşdırılması,
istismarı və texniki xidməti üzrə biliklər;
Təhlükəsiz iş mühitinin təmin
edilməsi və işlərin prosedur və standartlara uyğun təşkili üzrə biliklər;
İnşaat, mexaniki və elektrik çizgilərini oxumaq və başa düşmək bacarığı;
Bina sistemlərinin qiymətləndirilməsi, layihələndirilməsi, quraşdırılması və işə salınması
prosesləri üzrə biliklər;
Analoq və rəqəmsal sistemlər üzrə
biliklər;
Word, Excel, PowerPoint, AutoCAD və Outlook proqramlarında
işləmək bacarığı;
Texniki sənədləşdirmə və hesabatların hazırlanması
bacarığı;
Analitik düşünmə, problem həll etmə və qərarvermə
bacarığı;
İşlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək
bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü tibbi sığorta
İşçinin inkişafı
üçün təlim, tədris proqramları
Rəqabətli əmək haqqı və bonus
sistemi
Şəhər mərkəzində ofis
Korporativ tədbirlər
Korporativ loyallıq proqramına
üzvlük
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
