Vakansiya haqqında
Şirkətimiz IT infrastrukturu, şəbəkə avadanlıqları
və zəif axın (ELV) sistemləri üzrə məhsul və layihə həllərinin təchizatı və inteqrasiyası ilə
məşğuldur.
Hazırda komandamıza tender proseslərinin idarə
olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf
etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və
təşəbbüskar Tender və Korporativ Satışlar üzrə Mütəxəssis axtarırıq.
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü, 5/2
Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı
bonus
Vəzifə
öhdəlikləri
Dövlət və özəl sektorda elan edilən
tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi.
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə
iştirakın təşkili.
Tender
sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili.
İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə
saxlayaraq qiymət təkliflərinin alınması.
Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin
hazırlanması.
Tender
sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi.
Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin
izlənilməsi.
Yeni
müştərilərin, tikinti şirkətlərinin və layihə təşkilatlarının cəlb edilməsi.
Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların
təqdim edilməsi.
Qazanılmış
tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası.
Namizədə
tələblər
Tender və ya B2B satış sahəsində minimum 1–2
il təcrübə.
Dövlət
satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı.
Excel və digər MS Office proqramlarında sərbəst
işləmək.
Texniki sənədləri
və kommersiya təkliflərini təhlil etmək bacarığı.
İngilis və rus dili biliyi üstünlükdür.
IT, zəif axın, təhlükəsizlik sistemləri və MEP
sahəsində təcrübə üstünlükdür.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu
hissəsində vəzifə adı qeyd edilməlidir - Tender və Korporativ Satışlar üzrə Mütəxəssis
Əlaqə - Aynur Nəcəfova -
0774162110
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
