Vakansiya haqqında
Tələblər
Ali iqtisadi təhsil
Analitik təhlil
sahəsində 5 ildən az olmayan iş stajı
Sürücülük vəsiqəsi
mütləqdir
Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS
Office, 1C və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və
müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
Vəzifə öhdəlikləri
Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi və
əməliyyatların düzgünlüyünün yoxlanılması
1C proqramına mədaxil edilmiş
yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı
satışın qarşısının alınması
Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə
qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
Alıcılar və
satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması
Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə
uyğun olub olmamasının yoxlanılması
Zeytun Pharmaceuticals MMC tərəfindən
satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının
alınması
Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit
və aylıq limitlərə nəzarət edilməsi
Zeytun Pharmaceuticals MMC və aptek
arasında olan borcların müqayisəsinin aparılması
Apteklərdəki mal
qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması
Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin edilir;
Əmək Haqqı: 1500-1900 AZN Net
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- niziMüraciət etdüyməsində qeyd olunan elektron
ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
