Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb
edilməsi;
Potensial reklamverənlərin müəyyən edilməsi və müştəri
bazasının genişləndirilməsi;
Şirkətlərə Park Cinema-nın reklam
imkanlarının və reklam platformalarının təqdim edilməsi;
Kinoteatrın
ekranlarında, foyesində və digər reklam sahələrində reklam yerləşdirilməsi üzrə satışların həyata
keçirilməsi;
Müştərilərin ehtiyaclarına uyğun reklam paketləri və
kommersiya təkliflərinin hazırlanması;
Potensial müştərilərlə görüşlərin
və danışıqların aparılması;
Reklam müqavilələrinin bağlanması və satış
prosesinin sonadək idarə olunması;
Mövcud reklam müştəriləri ilə
əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin edilməsi;
Yeni
reklam və əməkdaşlıq imkanlarının araşdırılması;
Rəqiblərin reklam
bazarının və qiymət siyasətinin təhlili;
Aylıq satış hədəflərinin yerinə
yetirilməsi və satış hesabatlarının hazırlanması.
Namizədə tələblər
Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi
arzuolunandır;
B2B satış və korporativ müştərilərlə işləmək
bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq
bacarıqları;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv
yanaşma;
Kommersiya təklifləri hazırlamaq bacarığı;
Nəticəyönümlü və təşəbbüskar olmaq;
MS Office
proqramları üzrə biliklər;
Komandada işləmək və vaxtı düzgün idarə etmək
bacarığı.
Təklif edirik
800 AZN sabit əmək haqqı + satış nəticələrinə əsasən bonus;
Həftənin 6 günü iş qrafiki;
Dinamik və kreativ iş
mühiti;
Böyük şirkət və brendlərlə əməkdaşlıq
imkanı;
Peşəkar inkişaf və karyera perspektivi.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
