Vakansiya haqqında
Əsas Vəzifə
öhdəlikləri:
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici
ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması
əməliyyatlarını həyata keçirmək;
Ezamiyyət məqsədinə və təsdiqlənmiş
büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq;
Viza
tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək;
Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin
etmək;
Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri
operativ şəkildə idarə etmək;
Əsas Tələblər:
Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş
təcrübəsi;
Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə.
Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir;
Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava
daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar;
Turların
seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə;
Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin
hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin
edilməsi;
Azərbaycan, ingilis və rus dillərini
bilmək;
MS Office proqramları ilə sərbəst işləmək
bacarığı;
Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni
vaxtda bir neçə sifarişi idarə etmək bacarığı;
Əvvəlcədən razılaşdırılmış
qrafik üzrə növbətçilik etməyə hazır olmaq.
İş şərtləri:
İş məkanı: Azure Biznes Mərkəzi
Əmək
haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün
(həftəiçi)
Nahar: Təmin edilir
Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Səyahətlər üzrə
Koordinator” yazmaqla, öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
