Vakansiya haqqında
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Marketing
Manager” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi ixtisasları
üzrə);
Yaş həddi: 22–35;
Rus və İngilis dili bilikləri (ən azı orta səviyyədə olması
arzuolunandır);
Marketinq meneceri və ya marketinq
mütəxəssisi kimi minimum 2 il iş təcrübəsi;
Marketinq strategiyalarının
hazırlanması və büdcənin formalaşdırılması və icrası bacarığı;
Yaradıcı
düşünmə və innovativ yanaşma ilə ideyalar irəli sürmək bacarığı;
Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq proqramları üzrə biliklər
(üstünlükdür);
Analitik düşüncə qabiliyyəti, araşdırma aparmaq
bacarığı;
Güclü ünsiyyət və təqdimat
bacarıqları;
Məsuliyyətli, dəqiq, etibarlı və nəticəyönümlü
olmaq.
İş öhdəlikləri:
İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata
keçirilməsi;
Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin
saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol
xəritəsinin hazırlanması;
Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün
verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
Təhlil və
nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari
layihələrdə tətbiq edilməsi;
Effektiv kampaniya strategiyalarını
formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və
qiymətləndirmək;
Sadiqlik proqramları üzrə rəqabətliliyin
ölçülməsi;
Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya
fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
Analizə əsasən
optimizasiyaların aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq
edilməsi.
İş şəraiti:
Öyrədici və inkişafyönümlü iş mühiti;
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi
sənədləşmə;
İş qrafiki: həftədə 6 gün;
İş saatları: Bazar ertəsi – Cümə: 09:00 –
18:00
Şənbə: 10:00 – 17:00
Əmək haqqı namizədin bilik və bacarıqlarına, iş təcrübəsinə və tələblərə uyğunluğuna əsasən
müəyyən edilir.
Uyğun namizədlərMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
“Marketing Manager”başlığı ilə göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərin CV-ləri
nəzərdən keçiriləcək. Tələblərə uyğun olmayan namizədlərdən CV göndərməmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
