Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin topoqrafik-geodeziya işlərini layihə sənədlərinə və texniki
tələblərə uyğun təşkil və icra etmək;
Total Station, GNSS/GPS (RTK),
nivelir və teodolit cihazlarından sərbəst istifadə etmək;
Layihə
koordinatlarını və yüksəklik işarələrini təbiətə köçürmək (razbivka), o cümlədən yol oxları, bordyur xətləri,
binalar, yarımstansiya və su anbarı sahələrinin koordinatlarını sahədə müəyyən etmək;
Ərazinin topoqrafik planalma işlərini aparmaq və relyefin xüsusiyyətlərini təhlil
etmək;
Torpaq işlərinin həcmlərini hesablamaq, qazma-doldurma balansını
müəyyən etmək, kəsik və profilləri hazırlamaq;
Vertikal planlaşdırma
işarələrinə nəzarət etmək və təməl qatları, asfaltbeton və beton örtüklərin layihə yüksəkliklərinə uyğunluğunu
yoxlamaq;
Mühəndis şəbəkələrinin, o cümlədən kabel, su və kommunikasiya
qalereyalarının trassa, yamac və dərinlik ölçmələrini aparmaq;
Tikinti
işləri üzrə icra ölçmələrini həyata keçirmək və as-built planlarının, icra sxemlərinin hazırlanması üçün zəruri
məlumatları toplamaq;
Geodeziya dayaq şəbəkəsini və reperləri yaratmaq,
onların qorunmasını təmin etmək və vaxtaşırı yoxlamalarını həyata keçirmək;
Ölçmə cihazlarının texniki vəziyyətinə nəzarət etmək, onların metroloji yoxlaması və
kalibrlənməsinin vaxtında aparılmasını təmin etmək;
Layihə sənədlərini, o
cümlədən baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxumaq və ölçmə nəticələrini layihə göstəriciləri
ilə müqayisə etmək;
Tikinti sahəsində aparılan işlərin layihə
koordinatlarına və yüksəklik göstəricilərinə uyğunluğunu operativ şəkildə yoxlamaq;
Aşkar edilmiş kənarlaşmalar barədə Tikinti Rəhbərini, Sahə və Texniki ofis mühəndislərini
məlumatlandırmaq və zəruri ölçmə məlumatlarını təqdim etmək;
Sahə
mühəndisləri, texniki ofis, subpodratçılar və digər aidiyyəti şəxslərlə geodeziya məsələləri üzrə koordinasiyalı
işləmək.
Hesabat və sənədləşmə
Ölçmə nəticələrini müvafiq geodeziya jurnallarında və aktlarda düzgün və vaxtında
qeyd etmək;
Gizli işlər aktlarının hazırlanması üçün tələb olunan icra
ölçmələrini aparmaq və nəticələri təqdim etmək;
İcra planalma (as-built)
məlumatlarını toplamaq, emal etmək və müvafiq icra sxemlərinin hazırlanmasına dəstək olmaq;
Gündəlik və həftəlik görülmüş iş həcmləri üzrə ölçmə məlumatlarını Tikinti Rəhbərinə, Sahə və
Texniki ofis mühəndislərinə təqdim etmək;
Aparılmış ölçmələr, aşkar
edilmiş kənarlaşmalar və görülmüş işlərin faktiki vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak
etmək.
Tələblər
Geodeziya, topoqrafiya, mühəndis-geodeziya, inşaat mühəndisliyi və ya müvafiq sahə
üzrə ali və ya orta ixtisas təhsili;
Tikinti sahəsində topoqraf/geodeziya
üzrə praktiki iş təcrübəsi;
Total Station, GNSS/GPS (RTK), nivelir və
teodolit ilə sərbəst işləmək bacarığı;
Layihə koordinatlarının və
yüksəklik işarələrinin təbiətə köçürülməsi (razbivka) üzrə praktiki təcrübə;
Topoqrafik planalma, relyef ölçmələri və torpaq işlərinin həcmlərinin hesablanması üzrə
bilik;
Kəsik və profillərin hazırlanması, qazma-doldurma balansının
müəyyən edilməsi üzrə bacarıq;
İcra planalma (as-built) və icra
sxemlərinin hazırlanması üzrə anlayış;
Geodeziya dayaq şəbəkəsinin və
reperlərin yaradılması və yoxlanılması üzrə bilik;
Layihə sənədlərini,
baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxuma bacarığı;
AutoCAD və Civil 3D və ya analoji proqramlarda işləmək bacarığı;
MS Excel və ölçmə məlumatlarının emalı proqramları ilə işləmək bacarığı;
Geodeziya cihazlarının metroloji yoxlama və kalibrləmə tələbləri barədə
anlayış;
Dəqiq, məsuliyyətli, operativ və komandada işləmək
bacarığı.
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və
iri layihələrdə iştirak imkanı;
Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə
əsasında müəyyən ediləcək);
İş qrafiki: Tam iş günü;
İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
