Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və
düzgünlüyünə nəzarəti təmin etmək;
Təchizatçılarla bağlanmış müqavilələr
üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;
Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin
hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;
Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil
edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;
Məhsul, kateqoriya,
mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər
vermək;
Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri
maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
Büdcə, proqnoz (forecast)
və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
Qiymət
dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və
icrasını təmin etmək;
Kommersiya göstəricilərini mütəmadi izləyərək
riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə
çalışaraq analitik dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən digər
analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli;
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
Yaxşı səviyyədə MS Excel biliyi olmalı
Analitik
düşüncə, Komandada işləmək bacarığı.
Maliyyə və Mühasibatlıq sahəsi
üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər
məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək
bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş
qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər
“Maliyyə və Kommersiya Analitiki (Bölmə müdiri)” adını mövzu hissəsində qeyd etməklə CV
formalarınıMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
