Vakansiya haqqında
Arash Companykomandasına
elektronika sahəsində dərin texniki biliklərə, güclü diaqnostika və problem həll etmə bacarığına
malikElektronika Mühəndisiaxtarır.
Bu vəzifənin əsas məqsədi tibbi, estetik,
dermatoloji və stomatoloji avadanlıqlarda istifadə olunan elektron plataların (PCB), modulların və digər elektron
komponentlərinkomponent səviyyəsində diaqnostikası, təmiri, bərpası və test edilməsidir.
Elektronika Mühəndisi əsasən şirkətin texniki
bazasında çalışaraq Servis Mühəndislərinə texniki dəstək göstərəcək. Sahədən gətirilən nasaz plata və modulların
sadəcə dəyişdirilməsi deyil, nasazlığın səbəbinin müəyyən edilməsi, sıradan çıxmış komponentin tapılması, təmiri və
avadanlığın yenidən işlək vəziyyətə gətirilməsi bu vəzifənin əsas funksiyalarından biridir.
Əgər elektron sxemləri analiz etməyi,
nasazlığın səbəbini tapmağı və mürəkkəb texniki problemləri komponent səviyyəsində həll etməyi sevirsənsə, səni
komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Elektron plataların (PCB), elektron
modulların və komponentlərin diaqnostikası;
Nasazlıqlarınkomponent səviyyəsindəmüəyyən edilməsi və aradan qaldırılması;
Elektron sxemlərin və circuit diagram-ların
oxunması və analiz edilməsi;
PCB-lərin dəyişdirilməsi əvəzinə mümkün olduğu hallarda komponent səviyyəsində
təmirinin həyata keçirilməsi;
SMD və Through-Hole komponentlərin lehimlənməsi və
sökülməsi;
Multimetr,
osiloskop, laboratoriya enerji mənbəyi (power supply), siqnal generatoru və digər elektron ölçü cihazlarından
istifadə;
Power
supply-lar, kondensatorlar, MOSFET-lər, relelər, sensorlar, motorlar, driver-lər və digər elektron komponentlərin
diaqnostikası;
Təmir
edilmiş elektron plata, modul və komponentlərin test edilməsi və işlək vəziyyətinin
təsdiqlənməsi;
Nasaz və
istifadə olunmuş elektron hissələrin bərpası (refurbishment);
Servis Mühəndisləri üçün ehtiyat hissələrinin
əvvəlcədən hazırlanması, yoxlanılması və test edilməsi;
Elektrik kabellərinin, konnektorların və kabel birləşmələrinin hazırlanması və
təmiri;
Ehtiyat
hissələrinin texniki vəziyyətinin yoxlanılması və uçotunun aparılmasına dəstək;
Mikroprosessorlar, mikrokontrollerlər və embedded
sistemlərlə işləmək;
Arduino, STM32, PLC və oxşar platformalar üzrə texniki işlərin həyata
keçirilməsi;
Firmware
və elektron idarəetmə sistemləri üzrə ilkin diaqnostikanın aparılması;
Texniki problemlərin həlli üçün istehsalçıların
servis manual-ları, elektron sxemləri və digər texniki sənədlərinin araşdırılması;
Xarici istehsalçıların texniki komandaları ilə
ingilis dilində yazılı və şifahi kommunikasiyanın aparılması;
Ehtiyac yarandıqda Servis Mühəndisləri ilə birlikdə
müştəri ünvanlarında mürəkkəb texniki problemlərin həllində iştirak.
Namizədə tələblər
Elektronika Mühəndisliyi, Elektrik
Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik, Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi
və ya digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil;
Elektronika, elektron avadanlıqların təmiri və ya
əlaqəli sahədə 1-2 il iş təcrübəsi üstünlük hesab olunur;
Güclü praktiki elektronika biliklərinə malik yeni məzunların müraciətləri də
nəzərdən keçiriləcək;
PCB və elektron avadanlıqların komponent səviyyəsində təmiri üzrə praktiki
təcrübə ciddi üstünlük hesab olunur;
Elektron sxemləri oxumaq və analiz etmək bacarığı;
SMD və digər elektron komponentlərlə işləmək və
lehimləmə bacarığı;
Multimetr, osiloskop və digər elektron ölçü cihazlarından sərbəst istifadə
etmək bacarığı;
Mikroprosessorlar, embedded sistemlər, Arduino, STM32 və/və ya PLC üzrə bilik
və praktiki təcrübə;
Sistemli diaqnostika və nasazlığın kök səbəbini (root cause) müəyyən etmək
bacarığı;
İngilis dili – minimum B2 səviyyəsi
(mütləqdir);
İngilis
dilində texniki manual, sxem və datasheet-ləri sərbəst oxuyub anlamaq bacarığı;
Rus dilini bilmək üstünlük hesab
olunur;
Yüksək analitik
düşüncə və detallara diqqət;
Səbirli və sistemli işləmək bacarığı;
Mürəkkəb texniki problemlərin həllinə
maraq;
Yeni
texnologiyaları müstəqil öyrənmək və araşdırmaq bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
İş qrafiki:Bazar ertəsi
– Cümə: 09:00 – 18:00
Şənbə:09:00 – 15:00
İş
yeri:ARASH Company, F. İbrahimbəyov küç. 19,
Bakı
İş rejimi:Tam ştat, əsasən texniki baza/ofisdaxili
Əməkhaqqı:Namizədin bilik və
təcrübəsinə əsasən müəyyən ediləcək
Sınaq
müddəti:3 ay
Sınaq müddətində sabit əməkhaqqı
ödənilir;
3 aylıq sınaq
müddəti uğurla başa çatdıqdan sonra sabit əməkhaqqına əlavə olaraq performansa əsaslanan bonus sistemi tətbiq
olunur.
Biz nə təklif edirik?
Müasir və yüksək texnologiyalı tibbi
avadanlıqların elektron sistemləri ilə praktiki işləmək imkanı;
Beynəlxalq istehsalçıların texniki sənədlərinə və
servis resurslarına çıxış;
İstehsalçıların yerli və xarici texniki təlimlərində
iştirak;
Xaricdə
keçirilən ixtisaslaşmış mühəndislik və servis təlimlərində iştirak perspektivi;
Elektronika və tibbi texnologiyalar sahəsində
peşəkar inkişaf;
Performansa əsaslanan bonus sistemi;
İş üçün zəruri professional elektronika alətləri,
ölçü cihazları və avadanlıqlar;
İş üçün noutbuk;
Korporativ mobil nömrə;
Ofisdə ödənişsiz nahar;
Korporativ tədbirlər və komanda fəaliyyətləri.
Maraqlanan namizədlərdən
CV-ləriniMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Məktubun mövzu
hissəsində“Elektronika Mühəndisi”qeyd etməyiniz
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
