Vakansiya haqqında
Vəzifənin məqsədi şirkətin və brendlərinin sosial media kommunikasiyasının və kontent
fəaliyyətinin planlı, ardıcıl və keyfiyyətli icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq,
təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.
Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər
hazırlamaq.
Zeytun və Pharmastore səhifələri üzrə həm biznes
tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu
qorumaq.
Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və
əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.
Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin
hazırlanmasında və koordinasiyasında iştirak etmək.
Sayt, mobil tətbiq,
SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin
etmək.
Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və
sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.
Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya
aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.
Sosial media
trendlərini və rəqiblərin fəaliyyətini izləmək, auditoriyaya uyğun yeni kontent formatları təklif
etmək.
Əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici dinamikasını təhlil
etmək, aylıq hesabatlar və kontentin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarını planlaşdırmaq, qurmaq
və idarə etmək, təsdiqlənmiş büdcə çərçivəsində auditoriya seçimi və nəticələrə əsasən optimallaşdırma
aparmaq.
Rəqəmsal marketinq, brend, PR və satış üzrə əməkdaşlarla
koordinasiyalı işləmək, reklam kampaniyaları üçün məzmun hazırlanmasına dəstək vermək.
Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və
keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti
İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı, Zərifə Əliyeva küç.,
93).
Tibbi sığorta və nahar.
Peşəkar təlim və inkişaf imkanları.
Karyera
yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.
Namizədə tələblər
Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika, biznesin idarə edilməsi və ya
digər müvafiq sahələr üzrə).
SMM, kontent hazırlanması və ya kopiraytinq
sahəsində minimum 2 il iş təcrübəsi.
Sosial media hesablarının idarə
olunması, kontent planlarının və müxtəlif formatlı məzmunun hazırlanması üzrə praktiki təcrübə.
Azərbaycan dilində səlis və qrammatik cəhətdən düzgün yazmaq, ingilis dilini yaxşı səviyyədə
bilmək. Rus dili biliyi üstünlükdür.
Meta Ads Manager və Meta Business
Suite ilə işləmək; Facebook və Instagram reklamlarının qurulması, auditoriya seçimi, büdcənin idarə edilməsi və
nəticələrin təhlili üzrə praktiki təcrübə.
Canva, CapCut və ya oxşar
alətlərlə sadə vizual və qısa video hazırlamaq bacarığı üstünlük hesab olunur.
MS Office və Google Workspace alətləri ilə işləmək, hesabat və təqdimatlar hazırlamaq
bacarığı.
Əczaçılıq, sağlamlıq, kosmetika və ya pərakəndə satış sahəsində
kontent təcrübəsi üstünlük hesab olunur.
Yaradıcı düşüncə, auditoriyaya
uyğun mətn yazmaq, planlaşdırma və analitik təhlil bacarıqları.
Məsuliyyətli, detallara diqqətli və operativ olmaq, komanda ilə işləmək və son tarixlərə
riayət etmək.
Vakansiya növü - Tam ştat
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “SMM və kontent
üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Hazırlanmış mətn və
sosial media kontentindən nümunələrin əlavə olunması arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
