Vakansiya haqqında
SF Azerbaijan BOKT MMC komandamıza qoşulmaq üçün peşəkar biliklərə, analitik düşüncəyə və
müvafiq sahədə təcrübəyə malik Hüquqşünas axtarır.
Əsas vəzifə öhdəlikləri:
Şirkət adından bağlanılan müqavilə və digər hüquqi sənədlərin ekspertizasını
aparmaq, hüquqi rəylər hazırlamaq;
Şirkətin hüquq və mənafelərini
məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə etmək, bundan irəli gələn zəruri
sənədləri hazırlamaq;
Dövlət orqanlarından daxil olan sorğu və
müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
Şirkətin struktur
bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək vermək;
AML/CFT
(çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə hüquqi tələblərin tətbiqini
dəstəkləmək;
Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və
digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
Hüquqi riskləri
müəyyən etmək, qiymətləndirmək və onların azaldılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
Hüquqşünaslıq üzrə ali təhsil;
Maliyyə
bazarları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan və rus
dillərini şifahi və yazılı formada sərbəst bilmək mütləqdir;
AML/CFT
sahəsində təcrübə əlavə üstünlük hesab edilir;
Azərbaycan Respublikasının
mülki, mülki-prosessual, əmək, vergi, inzibati və maliyyə bazarları sahəsində qanunvericiliyini yaxşı
bilmək;
MS Office proqramlarında sərbəst işləmək;
E-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə
bacarığı;
Analitik düşüncə, yüksək məsuliyyət, dürüstlük, dəqiqlik və
müstəqil qərarvermə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət
qurmaq bacarığı.
İş şərtləri:
Əmək haqqı müsahibə əsasında təyin olunur;
İş rejimi: 5/7, saat 09:00-18:00;
Peşəkar və
dinamik iş mühiti;
Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
