Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Hüquqi şəxslərin təsis sənədlərinin hazırlanması və aidiyyəti dövlət orqanlarına
təqdim edilməsi;
Müxtəlif növ müqavilələrin hazırlanması, müqavilə
layihələrinin hüquqi ekspertizasının aparılması və müvafiq rəylərin verilməsi;
Patent, əmtəə nişanı, lisenziya, icazə və digər hüquqi sənədlərin əldə edilməsi ilə bağlı
proseslərin həyata keçirilməsi;
Dövlət orqanlarından xidmət göstərilən
şirkətlərə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
Xidmət göstərilən şirkətlərdən daxil olan hüquqi müraciətlərin araşdırılması və müvafiq hüquqi
cavabların hazırlanması;
Namizədə dair tələblər:
Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
Konsaltinq sahəsində iş təcrübəsi arzuolunandır və üstünlük hesab olunur;
Hüquqi sənədlərlə işləmək və hüquqi rəylər hazırlamaq bacarığı;
Güclü analitik düşünmə və hüquqi araşdırma aparmaq qabiliyyəti;
Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
Müştərilərlə nəzakətli, səbirli və peşəkar ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
İngilis dili biliyi –
mütləqdir;
Rus dili biliyi – üstünlükdür.
İş şəraiti:
İş yeri: Zərifə Əliyeva küçəsi 55;
İş
qrafiki: 5 günlük iş həftəsi;
Əməkhaqqı: 700–1000 AZN (namizədin bilik və
təcrübəsinə uyğun olaraq).
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
