Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı
ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra
edilməsi;
ƏMAS sistemində dəyişikliklərin edilməsi;
Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama
vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi);
Aylıq iş vaxtının uçot tabelinin hazırlanması;
Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
Əmək
qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim
edilməsi;
Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib
edilməsi;
DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların
cavablandırılması;
Vəzifə təlimatlarının yazılması;
Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı;
Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim
edilməsi.
Namizədə tələblər:
Əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə
bilməli;
İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları
haqqında geniş biliyə sahib olmalı;
Elektron Hökumət Portalı ilə yüksək
səviyyədə işləmə bacarığı;
MS Office proqramlarını sərbəst istifadə
bacarığı;
İnsan resursları sahəsində azı 2 il iş
təcrübəsi;
Yaş həddi: 25–30;
Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı.
İş şərtləri:
09:00–18:00 / 5 günlük iş həftəsi;
İstirahət günləri: şənbə və bazar günü;
Əmək haqqı:
900–1000 AZN;
İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center
(Xətai metrosuna 5 dəqiqəlik məsafə).
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
