Vakansiya haqqında
Baş ofisi Abşeron Ticarət Mərkəzində və əsas satış mərkəzləri Sədərək Ticarət Mərkəzi
ərazisində yerləşir. Hazırda komandamıza dinamik, özünəgüvənən peşəkarları dəvət edirik..
Ümumi məqsəd
Şirkətin B2C retail, topdan satış (Bakı və regionlar) və B2B (iri şəbəkələr və
korporativ müştərilər) kanalları üzrə satış strategiyasını hazırlamaq, ümumi satış dövriyyəsini, gəlirliliyi və
pərakəndə/topdan bazar payını artırmaq.
Əsas vəzifə və öhdəliklər
Strateji idarəetmə və satış hədəfləri
Retail, topdan və B2B satış kanallarının hər biri üçün illik, rüblük və aylıq satış
planlarını (KPI və OKR) hazırlamaq və icrasına nəzarət etmək.
İstehlakçı
elektronikası bazarını, rəqiblərin qiymət/aksiya siyasətini və tələbat meyllərini mütəmadi təhlil edərək satış
strategiyasını çevik uyğunlaşdırmaq.
Yalnız satış həcmini deyil, hər bir
kanal üzrə marjalılıq və mənfəətlilik göstəricilərini (gross profit) optimal səviyyədə saxlamaq.
Retail idarəetməsi (pərakəndə satış mağazaları)
Mağazaların satış hədəflərinin (turnover, average ticket, conversion rate) yerinə
yetirilməsini təmin etmək.
Mağazalarda müştəri xidməti, merchandising,
vizual tərtibat və stok dövriyyəsinin optimal olmasına nəzarət etmək.
Kateqoriya meneceri və marketing komandası ilə birlikdə mağazaiçi satış artırıcı kampaniyalar
(trade marketing) planlaşdırmaq.
Topdan satış idarəetməsi (Bakı və regionlar)
Bakı və regionlar üzrə topdan müştərilərlə işi təşkil etmək, topdan müştəri
şəbəkəsini genişləndirmək
Topdan müştərilərin nisyə limitlərinin
tənzimlənməsi, ödəniş gecikmələrinə və debitor borcların vaxtında yığılmasına nəzarət etmək.
B2B satış idarəetməsi (iri şəbəkələr və korporativ
müştərilər)
Bazarın iri şəbəkə mağazaları ilə strateji tərəfdaşlıqlar qurmaq, illik tədarük
müqavilələri bağlamaq və shelf-space (rəf payı) danışıqlarını aparmaq.
Hotellər, rezidenstlər, iri ofislər və dövlət/özəl layihələr üçün xüsusi B2B təkliflər
hazırlamaq, iri həcmli tender və layihə satışlarına rəhbərlik etmək.
Komandanın idarə edilməsi və inkişafı
Satış komandasına (mağaza müdirləri, B2B menecerlər, topdan satış menecerləri və B2B
satış meneceri) rəhbərlik etmək, motivasiya və bonus sistemlərinin idarə olunması
Komanda daxilində satış bacarıqları, danışıqlar və məhsul biliklərinin artırılması üçün hr ilə
birgə təlim ehtiyaclarını müəyyənləşdirmək.
Əməliyyat və şöbələrəarası koordinasiya
Məhsul çeşidi, anbar ehtiyatları (stockout/overstock) və yeni brendlərin bazara
çıxarılması üzrə sıx əməkdaşlıq etmək.
Vəzifə tələbləri
Təhsil: Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat,
menecment və ya müvafiq sahə).
Təcrübə: Elektronika,
retail satış sahəsində azı 5 il satış rəhbəri təcrübəsi (Retail + B2B + topdan satış təcrübəsi olanlara
üstünlük verilir).
Səriştələr: güclü liderlik, strateji
təfəkkür, B2B danışıqlar aparmaq bacarığı, data analizi və KPI idarəetməsi, CRM və ERP sistemləri ilə işləmək
təcrübəsi.
Biz nə təklif edirik?
Əmək haqqı: 2,200-2,500 AZN (təcrübə və bacarıqlara əsasən) sabit əmək haqqı +
aylıq satış üzrə bonuslar + performans əsaslı illik KPI bonusları;
Korporativ nömrə və noutbuk
6 günlük iş
həftəsi
Ünvan: Abşeron Mall, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57
CV-lərinizi “Mövzu” hissəsində ”Satış direktoru” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
