Vakansiya haqqında
Tələblər:
Təhsil: Ali təhsil (tibbi, biomedikal mühəndislik, iqtisadiyyat, loqistika,
menecment və ya biznesin idarə edilməsi sahəsində olması arzuolunandır)
Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və ingilis dilləri – orta səviyyədə (Intermediate /
B1–B2: şifahi və yazılı işgüzar kommunikasiya bacarığı).
İdxal/ixrac
əməliyyatları və ilkin sənədləşmə qaydaları haqqında anlayış.
Təcrübə:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
MS Office (xüsusilə MS Excel)
proqramlarında sərbəst işləmək qabiliyyəti (1C və ya ERP sistemləri biliyi üstünlükdür).
Vəzifə Öhdəlikləri:
Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların
satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi:
Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə
qəbul etmək;
Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq
avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək;
Daxil olmuş sorğulara
əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq;
Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və
təklifləri aktiv olaraq təqib etmək;
Xarici və yerli şirkətlərə
avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən
müqavilələri hazırlamaq;
Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini
nəzarətdə saxlamaq;
Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika
şöbəsi ilə koordinasiya etmək və izləmək;
Müşayiətedici sənədlərin
(hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq
şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək;
Tibbi
avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar,
mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək.
İş şəraiti:
Əməkhaqqı: 1200-2000 AZN, Müsahibə əsasında (namizədin təcrübəsinə və səriştələrinə
uyğun olaraq).
İş qrafiki: 5/2 (09:00 – 18:00).
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük işlərinə nəzarət üzrə
kiçik mütəxəssis”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilər.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
