Vakansiya haqqında
İş yeri: Şahqaya Karxanası
Əsas vəzifələr:
Xırdalayıcını texniki saz vəziyyətdə saxlayır və beləliklə onun effektivliyinin
(səmərəlilik əmsalının) artırılmasını, onun optimal vəziyyətdə istismarını təmin edir.
Avadanlıqlar üçün tələb olunan ehtiyat hissələri haqqında dərhal rəhbərliyi məlumatlandırır,
avadanlıqların fasiləsiz və səmərəli işləməsi üçün profilaktik təmirini həyata keçirir.
Xırdalayıcının təmirində müntəzəm iştirak edir.
Xırdalayıcının və Lentli Nəqledicinin bütün birləşmə işini təmin edir.
Bunkerin divarlarına və qaynaq edilmiş hissələrə yapışmış materialların təmizlənməsini həyata
keçirir.
Lentli Nəqledicidə zəruri hallarda rolikləri dəyişir və lenti
yapışdırır.
Avadanlığın və Lentli Nəqledicinin yerləşdiyi ərazini
təmizləyir, zəruri hallarda texniki təhlükəsizlik elementlərini quraşdırır, Lentli Nəqledicini sahədə qalan hər
hansı əlavə materiallardan və hissələrdən azad edir.
İş yerini təmiz
saxlayır, təmir vaxtı təmirdə iştirak edir.
Avadanlığın təmirindən sonra
onun ayrı-ayrı parametrlərinin uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən testlərdə iştirak
edir.
Baş verən hadisələr haqqında rəhbərinə və ya menecerinə məlumat
verir.
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq
məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olur və ona əməl olunmasına ciddi riayət
edir.
Glops nəticəsində yarana biləcək hər hansı bir insidentin qarşısını
almaq və işçilərə zərər verə biləcək potensial təhlükədən yayınmaq məqsədilə risklərə nəzarət prosesinə əməl
edir.
Vaqonların tez və təhlükəsiz şəkildə xırdalanmış xammal
materialları ilə yüklənməsinə cavabdehlik daşıyır. (əhəngdaşı, gil....)
Vaqonları doğranmış xammalla yüklədikdən sonra başmaqla vaqonların altını bərkitmək işlərini
yerinə yetirir.
Yükləmə sahəsinin təmizliyinin təmin olunmasına
cavandehlik daşıyır.
Avadanlığın vəziyyətinə nəzarət edir və təmir
işlərində iştirak edir.
Xammalla birlikdə gələn metal hissəciklərin
ötürücü roliklərin üzərindən təmizlənməsini həyata keçirir.
Daima olaraq
əhəngdaşın və gilin keyfiyyətinə nəzarət edir, keyfiyyətdə baş verən dəyişiklikləri məruzə
edir.
Dəmir yolu xəttinə maşınla təhlükəsizlik qaydalarına əməl etməklə
nəzarət edir.
Ağır mexanizm dəmir yolunu təmizləyərkən onlara
nəzarət edir.
Xırdalayıcıda xammalın keyfiyyətinə daim nəzarət
edir.
Əməliyyatlar zamanı bütün prosedur və ƏMTT qaydalara əməl edərək
Dartıcı Robotdan istifadə edir.
Kvalifikasiyalar:
Tələb olunan təhsil: Orta ixtisas və ya peşə təhsili
İş təcrübəsi: Müvafiq sahədə 1-2 il iş təcrübəsi
Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq Doğrayıcı Qurğu
Maşinisti yazmaqla Müraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
