Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Hotelin bütün İT sistemlərinin, şəbəkə infrastrukturunun, proqram təminatlarının və
İT avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
Kompüter, printer, POS, telefon, server, şəbəkə avadanlıqları və digər İT sistemlərinin
texniki vəziyyətinə nəzarət etmək;
Hotel əməkdaşlarının İT ilə bağlı
müraciətlərinin vaxtında qəbul edilməsini və operativ şəkildə həll olunmasını təmin etmək;
Hotelin lokal şəbəkəsinin, internet bağlantısının, Wi-Fi sistemlərinin və digər kommunikasiya
infrastrukturunun fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Serverlər,
istifadəçi kompüterləri, şəbəkə avadanlıqları və digər sistemlərin idarə olunmasını və texniki xidmətini təşkil
etmək;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi,
lisenziyalarının idarə olunması və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;
Hotelin istifadə etdiyi Opera proqramının, e-mail, təhlükəsizlik və digər İT sistemlərinin
düzgün işləməsinə nəzarət etmək və yaranan problemlərin həllini koordinasiya etmək;
İstifadəçi hesablarının, giriş səlahiyyətlərinin, parolların və digər giriş hüquqlarının idarə
edilməsini təşkil etmək;
Hotelin İT təhlükəsizliyi, məlumatların
qorunması, ehtiyat nüsxələrin (backup) yaradılması və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət
etmək;
İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətini
və istifadə müddətini izləmək, zəruri hallarda yenilənməsi və dəyişdirilməsi ilə bağlı təkliflər
hazırlamaq;
Hotelin İT infrastrukturunun müasir texnologiyalara uyğun
inkişaf etdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
Namizədə tələblər:
İT sahəsində minimum 3–5 il iş təcrübəsi, rəhbər və ya İT Menecer
vəzifəsində təcrübə üstünlükdür;
Hotel sektorunda İT
sistemlərinin idarə olunması üzrə iş təcrübəsi üstünlükdür;
Operaproqramında peşəkar səviyyədə bilik və praktiki iş təcrübəsi
mütləqdir;
İT infrastrukturu, kompüter avadanlıqları, serverlər və şəbəkə
sistemləri üzrə yaxşı bilik;
Windows əməliyyat sistemləri, Microsoft
365/MS Office və sistem inzibatçılığı üzrə praktiki biliklər;
Server,
backup və istifadəçi hesablarının idarə edilməsi üzrə təcrübə;
Azərbaycan
və rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili biliyi üstünlükdür) ;
Məsuliyyətli, operativ, analitik düşüncəli və nəticəyönümlü olmaq.
İş qrafiki:
Tam iş günü, 5 günlük iş həftəsi;
İş
qrafiki: 09:00–18:00;
Nahar şirkət tərəfindən təmin
olunur.
Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
