Vakansiya haqqında
Tələblər:
Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
Müvafiq sahədə 3 il iş təcrübəsi;
1C proqram biliyi
arzuolunandır;
İşində dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə funksiyaları:
İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
Aptekdə dərmanların iadəsinə nəzarət;
Malların son
istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
Aptekin ilkin mal
qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və
təmin etmək;
Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik
normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət
xarakterli əməllərə görə məsuliyyət daşımaq;
Müəssisənin fəaliyyəti
barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri
çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin
verilməsini təmin etmək;
Ona həvalə olunmuş rəflərdəki məhsulların
yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
Aptekə alınan malların
tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək
və nəzarəti həyata keçirmək;
Dərman preparatları barədə müştəriləri
dolğun məlumatlandırmaq;
Müştərinin sifarişini vaxtında və dəqiq yerinə
yetirmək.
İş şəraiti:
İş qrafiki:09:00 -18:00
Əmək haqqı:800 - 850 AZN + Bonus sistemi mövcuddur.
Əlavə suallar üçün 050-253-01-59, 050-253-01-52 nömrəsi ilə əlaqə
saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Aptek
müdiri qeyd etməklə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
