Vakansiya haqqında
INEO Group – uşaqlar və böyüklər üçün Avropa brendlərini təqdim edən gənc və dinamik
inkişaf edən pərakəndə satış şirkətidir. Şirkətin portfelinə yüksək keyfiyyət, qüsursuz standartlar və Avropa
üslubunu birləşdirən Jacadi, Yves Rocher və Mayoral brendləri daxildir.
Vəzifə öhdəlikləri:
Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının
öyrənilməsi;
Rəqəmsal mühitdə irəliləmə strategiyasının
hazırlanması;
Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial
şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.);
SEO/SEM
optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər);
Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və
s.);
Françayzerlərin brend qaydalarına riayət
olunması;
Sayt trafikinin artırılması strategiyalarının
hazırlanması;
Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin
(birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması;
Abunəçi və izləyici sayının artırılması strategiyalarının
hazırlanması;
Reklam kampaniyalarının
optimallaşdırılması;
Digital bazarın və texnologiyaların
monitorinqi;
Biznes üçün yeni həllər və alətlərin təklif
olunması;
Marketinq strategiyasının və marketinq planının
hazırlanması;
Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun
spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi.
Tələblər:
Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş
təcrübəsi;
Rus və ingilis dillərini bilmək
üstünlükdür;
E-commerce (elektron ticarət) sahəsində praktiki
təcrübə;
SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə
biliklər;
Excel proqramını yüksək səviyyədə
bilmək;
Böyük həcmli məlumatlarla işləmək
bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, kreativlik və
nəticəyönümlülük;
İşini müstəqil planlaşdırmaq və nəticəyə görə
məsuliyyət daşımaq bacarığı;
Çoxsaylı tapşırıqlar şəraitində
komanda ilə işləmək bacarığı.
Şərtlər:
Əmək haqq: 1000 AZN;
Əmək
Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 08:00–17:00, həftədə 5
iş günü.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
