Vakansiya haqqında
Təsvir
İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər,
müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin
ehtiyaclarını və problemlərini müəyyən etmək.
İstifadəçi ehtiyaclarına
uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər
rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir.
Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər,
fontlar və digər vizual elementlər üzərində işləməyi daxil edir.
Dizayn
həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə
əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq.
PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq
bacarığına sahib olmaq.
Məhsulların dizayn tərtibatının yaradılması
zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı.
Məhsul,
marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini
qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək.
İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək.
İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət
etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq.
Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun
müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək.
Agile
metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq.
Tələblər
İş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması
sahəsində 2 ildən artıq təcrübə. Agile metodologiyası ilə işin qurulması bilikləri olması
üstünlükdür.
Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin,
məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi.
Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin
araşdırılması sahəsində biliklər.
Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn
kitabxana ilə iş təcrübəsi.
Dil bilikləri: Minimal olaraq İngilis dilində
"Intermediate" səviyyəsində biliklər.
Kompüter bilikləri:Vizual dizayn
üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst
istifadəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
