Vakansiya haqqında
Bagcam.az ailəsinə qoşulmaq və uşaqların sağlamlığının qorunmasına töhfə vermək istəyən,
məsuliyyətli və peşəkar pediatr axtarırıq!
İş şəraiti
İş günləri: tam iş günü
İş saatları:
08:00–18:00
Əməkhaqqı 550–600 AZN
Namizədə qoyulan tələblər
Ali tibbi təhsilinin olması.
Pediatriya
ixtisası üzrə təhsili və ya müvafiq ixtisas hazırlığı olan namizədlərə üstünlük verilir.
Uşaqlarla işləmək bacarığı və uşaqların yaş xüsusiyyətlərini nəzərə
almaq.
Uşaqların sağlamlıq vəziyyətini qiymətləndirmək və xəstəlik
əlamətlərini vaxtında müəyyən etmək bacarığı.
İlkin tibbi yardım və
təcili vəziyyətlərdə davranış qaydalarını bilmək.
Yoluxucu xəstəliklərin
profilaktikası və sanitar-gigiyenik qaydalar barədə məlumatlı olmaq.
Valideynlərlə və bağça əməkdaşları ilə düzgün ünsiyyət qurmaq bacarığı.
Məsuliyyətli, diqqətli, səbirli və intizamlı olmaq.
Tibbi sənədləşməni aparmaq bacarığı.
Praktik tibbi
fəaliyyət üçün tələb olunan qüvvədə olan sertifikasiya və digər sənədlərə malik olmaq.
Əsas iş öhdəlikləri
Bağçada olan uşaqların sağlamlıq vəziyyətinə nəzarət etmək.
Uşaqların mütəmadi tibbi müayinəsini və sağlamlıq göstəricilərinin qiymətləndirilməsini təşkil
etmək.
Xəstəlik əlamətləri müşahidə olunan uşaqlarla bağlı müvafiq
tədbirləri müəyyənləşdirmək.
Uşaqların sağlamlığı ilə bağlı valideynlərə
tövsiyələr vermək.
Yoluxucu xəstəliklərin yayılmasının qarşısının
alınması üçün profilaktik tədbirlər görmək.
Bağça rəhbərliyi və tibb
bacısı ilə koordinasiyalı işləmək.
Uşaqların sağlamlığına dair tibbi
qeydlərin və sənədlərin aparılmasında iştirak etmək.
Zəruri hallarda
uşağın əlavə müayinəyə və ya təcili tibbi yardıma yönləndirilməsini təmin etmək.
Biz nə gözləyirik?
Uşaqların sağlamlığına həssas yanaşan, peşəsini sevən, diqqətli və kollektivlə
işləməyi bacaran həkimlərin müraciətlərini gözləyirik.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
