Vakansiya haqqında
İş haqqında:
Azroksan şirkəti istehsal planlarına uyğun olaraq kompozit hissələrin və
komponentlərin istehsalı, emalı və yığılması proseslərinin tələb olunan keyfiyyət standartlarına, texniki tələblərə
və müəyyən edilmiş müddətlərə uyğun şəkildə icrasını təmin edəcək Kompozit İstehsalı Texniki
axtarır. Kompozit İstehsalı Texniki istehsal proseslərində istifadə olunan avadanlıq və alətlərin düzgün
istismarına, istehsal sənədlərinin aparılmasına və iş mühitinin təhlükəsiz, nizamlı saxlanılmasına
cavabdehdir.
Əsas vəzifələr:
İstehsal planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və
yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək;
Kompozit materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və digər
istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun icra etmək;
İstehsal proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər texniki
vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə saxlanılmasına nəzarət
etmək;
İstehsal sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti
qeydləri düzgün və vaxtında doldurmaq;
İstehsalat avadanlıqlarının
gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək, müvafiq texniki xidmət sənədlərini
doldurmaq;
İstehsal zamanı keyfiyyət tələblərinə və texniki
spesifikasiyalara riayət etmək;
İş yerinin təmiz, səliqəli və
təhlükəsizlik qaydalarına uyğun vəziyyətdə saxlanılmasını təmin etmək;
Görülmüş işlər üzrə gündəlik hesabat və əmək vaxtı qeydlərini aparmaq;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və daxili qaydalara riayət etmək.
Tələblər:
Kimya ixtisası üzrə ali təhsil;
İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
Texniki çertyojları və istehsal sənədlərini oxumaq bacarığı;
Ölçü alətləri və istehsal avadanlıqları ilə işləmək bacarığı;
Keyfiyyət standartları və istehsal prosesləri barədə ümumi biliklər;
Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı;
Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı.
Müraciət etmək istəyən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməli və mövzu sətrində “Kompozit İstehsalı Texniki” qeyd
etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
