Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Trade marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində iştirak
etmək;
Satış nöqtələrində brendin görünürlüğünü təmin
etmək;
Kampaniyaların, endirimlərin, xüsusi təkliflərin və digər
promosyon tədbirlərinin planlaşdırılması və təşkili;
Mağazadaxili reklam
materiallarının, stendlərin, vitrinlərin və məhsul təqdimatlarının hazırlanmasına və yerləşdirilməsinə
nəzarət;
Məhsulların mağazalarda düzgün yerləşdirilməsinin və vizual
təqdimatının təmin edilməsi;
Satış göstəricilərinin təhlili və satışın
artırılması üçün təkliflərin hazırlanması;
Rəqib şirkətlərin
kampaniyalarının və bazar tendensiyalarının araşdırılması;
Marketinq
kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələr üzrə hesabatların hazırlanması;
Marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı işin təşkili;
Satış nöqtələrinə mütəmadi səfərlər edərək məhsul yerləşdirilməsinə və kampaniyaların icrasına
nəzarət etmək.
Trade marketinq büdcəsinin planlaşdırılması və xərclərə
nəzarət.
Namizədə dair tələblər:
Ali təhsil;
Trade marketinq, marketinq və
ya satış sahəsində minimum 1–2 il iş təcrübəsi;
Trade marketinq alətləri,
satış kanalları və pərakəndə ticarət prinsipləri haqqında biliklər;
MS
Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı;
Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Azərbaycan dilini sərbəst bilmək; ingilis və ya rus dili biliyi
üstünlükdür;
Ezamiyyətlərə və satış nöqtələrinə səfərlərə hazır
olmaq.
Üstünlük hesab olunur:
FMCG sektorunda iş təcrübəsi;
Promosyon
kampaniyalarının təşkili və nəticələrinin qiymətləndirilməsi üzrə təcrübə;
Büdcə planlaşdırılması və marketinq göstəriciləri (KPI) ilə işləmək
bacarığı.
Əməkhaqqı: 1000-1200 AZN (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin
olunacaq)
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
