Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər, əmlak və torpaq vergiləri
üzrə hesablamaları və bəyannamələri hazırlamaq.
Vergi öhdəliklərinin vaxtında və düzgün hesablanmasını həyata keçirmək.
DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmasını həyata keçirmək.
Vergi və sosial sığorta öhdəlikləri üzrə vahid bəyannamələri hazırlamaq və vaxtında təqdim etmək.
Dövlət qurumlarının sorğularını cavablandırmaq və yaranmış uyğunsuzluqları aradan qaldırmaq.
Tikinti-quraşdırma işləri, podrat və subpodrat müqavilələri üzrə vergi öhdəliklərini
təhlil etmək.
Forma-2 aktları, görülmüş işlərin həcmi, avans ödənişləri
və yekun hesablaşmaların vergi uçotunda düzgün əks etdirilməsini həyata keçirmək.
Yaşayış və kommersiya obyektlərinin satışından yaranan vergi öhdəliklərini
müəyyənləşdirmək.
Müştərilərdən alınan avansların, hissəli ödənişlərin
və satış əməliyyatlarının vergi uçotunda düzgün əks etdirilməsini həyata keçirmək
Satış müqavilələri, təhvil-təslim aktları və elektron qaimələrin vergi baxımından
uyğunluğunu yoxlamaq.
Podratçı və təchizatçılardan daxil olan elektron
qaimələrin düzgünlüyünü yoxlamaq.
ƏDV-nin əvəzləşdirilməsi,
hesablanması və ödənilməsi proseslərini idarə etmək.
ƏDV depozit hesabı üzrə əməliyyatların düzgünlüyünü və üzləşməsini təmin etmək.
Podrat və xidmət müqavilələrinin vergi nəticələrini qiymətləndirmək.
Qeyri-rezidentlərlə əməliyyatlar üzrə vergi öhdəliklərini
müəyyənləşdirmək.
Vergi orqanlarından daxil olan sorğu və bildirişləri
araşdırmaq və cavablandırmaq.
Vergi orqanları ilə üzləşmələri aparmaq,
borc və artıq ödəmələri izləmək.
Vergi qanunvericiliyindəki
dəyişikliklərin şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək.
Qanunvericilik çərçivəsində vergi yükünün optimallaşdırılması üzrə təkliflər
hazırlamaq.
Vergi əməliyyatları üzrə daxili nəzarət prosedurlarının
hazırlanmasında iştirak etmək.
Tələblər:
Mühasibatlıq, maliyyə və vergi sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsinin olması;
Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə
bilməli;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət
tərəfindən təmin edilir
İş yeri - Çıraq Plaza
Əmək haqqı müsahibə əsasında
Maraqlanan namizədlər CV
formalarını mövzu yerinə “Vergi üzrə baş mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
