Vakansiya haqqında
“Şirvan Aqro” MMC istehsalat proseslərinin fasiləsiz təmin edilməsi, material və
resurslara olan tələbatın vaxtında qarşılanması, satınalma və təchizat proseslərinin səmərəli təşkili məqsədilə
komandasına Təchizat üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
Struktur bölmələrindən daxil olan sifarişlər əsasında material, ehtiyat hissələri,
yem və digər resurslara olan tələbatı müəyyənləşdirmək;
Təchizat və
satınalma sifarişlərinin hazırlanmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
Təchizatçılarla əlaqə saxlamaq, qiymət təkliflərini toplamaq və müqayisəli təhlil
aparmaq;
Qiymət, keyfiyyət və çatdırılma müddətlərini nəzərə alaraq uyğun
təchizatçıların seçilməsində iştirak etmək;
Sifarişlərin vaxtında
çatdırılmasına və tələb olunan spesifikasiyalara uyğunluğuna nəzarət etmək;
Anbar qalığı və mövcud ehtiyatlar barədə məlumatları izləmək, çatışmazlıq və artıq ehtiyat
risklərini müəyyənləşdirmək;
Təchizat sənədlərinin, sifarişlərin və
müvafiq hesabatların düzgün aparılmasını təmin etmək;
Təchizat xərclərini
təhlil etmək, xərclərin optimallaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
Müvafiq struktur bölmələri, anbar və maliyyə komandası ilə
koordinasiyalı işləmək.
Namizədə tələblər:
Təchizat, satınalma, logistika, iqtisadiyyat və ya müvafiq sahələr üzrə ali
təhsil;
Təchizat və ya satınalma sahəsində iş təcrübəsi –
üstünlükdür;
MS Excel və elektron idarəetmə sistemləri ilə işləmək
bacarığı;
Qiymət təkliflərinin müqayisəsi, sifarişlərin izlənilməsi və
hesabatların hazırlanması bacarığı;
Danışıqlar aparmaq və təchizatçılarla
effektiv kommunikasiya qurmaq bacarığı;
Analitik düşünmə, dəqiqlik,
məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi bacarığı.
İş şəraiti:
İş qrafiki: həftədə 5 günlük iş rejimi;
Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında
müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro”
MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə
mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
