Vakansiya haqqında
İşin təsviri:
Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək
müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
Sənəd dövriyyə sisteminin qurulması prosesində iştirak etmək;
Dövlət Statistika hesabatlarını hazırlamaq və kadrlarla bağlı məşğulluq və digər orqanlara
müvafiq hesabatları təqdim etmək;
İşə qəbul, işdən azad, məzuniyyət,
ezamiyyət və s. əmrləri hazırlamaq;
Əmək haqqı, dərəcələndirmə və bonus
sistemlərinin qurulmasında iştirak etmək;
Vəzifə təyinatlarının Əmək
münasibətləri və məşğulluq altsistemində qeydə alınmasını və yeni əməkdaşların sənədləşdirilməsi prosesini icra
etmək;
Şirkət strukturlarının vəzifə təlimatlarının qeydiyyatını
aparmaq;
Şirkət əməkdaşlarının əmək müqaviləsinə xitam vermək və
əməkdaşlarla son haqq-hesabı həyata keçirmək, əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim
etmək;
Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar
hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək.
Yeni işçilərin
adaptasiya prosesini təşkil etmək, sınaq müddətlərini izləmək;
İşçilərin
şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə
alınması;
Vakansiyalara uyğun namizədlərin seçilmək, ilkin müsahibələri
təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
Aylıq tabellərin hazırlanıb, maliyyə şöbəsinə təqdim etmək.
Namizəd üçün tələblər
Cinsi: Qadın;
Azərbaycan və Rus dilinin
yüksək səviyyədə olması, İngilis dili biliyi arzuolunandır;
Müvafiq
sahədə minimum 3 il iş təcrübəsi;
Əmək münasibətləri və məşğulluq
altsistemində işləmək bacarığı
Ali təhsil (İnsan Resursları sahəsində
olması üstünlükdür);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini
bilmək;
Microsoft Office ( Word, Excel,1C ) proqramlarında sərbəst
işləmək.
İş şərtləri:
Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin
edilir
5 gün iş günü
İş
qrafki: saat 09:00-dan 18:00-na kimi
Azərbaycan Respublikası ƏM-nin
qanunvericiliyinə əsasən sənədləşmə
CV”-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
mövzu yerində "İnsan Resursları üzrə mütəxəssis" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə
əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
