Vakansiya haqqında
“İnternational-Leasing” ASC Avtomobil üzrə Lizinq mütəxəssisi
(Böyük / Baş / Aparıcı mütəxəssis) vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri
Avtomobil lizinqi üzrə müraciətlərin qəbul edilməsi və
qiymətləndirilməsi;
Müştərilərlə görüşlərin keçirilməsi, məhsul və
xidmətlər barədə ətraflı məlumat verilməsi;
Lizinq şərtlərinin
müştərilərə izah edilməsi;
Müştərilərdən tələb olunan sənədlərin
toplanılması və yoxlanılması;
Lizinq müqavilələrinin hazırlanması və
rəsmiləşdirilməsi prosesində iştirak;
Müştəri bazasının formalaşdırılması
və mövcud müştərilərlə əlaqələrin idarə olunması;
Yeni müştərilərin cəlb
edilməsi və satış planlarının icra olunması;
Avtomobil satıcıları və
tərəfdaşlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
Müştəri
portfelinin idarə olunması və satış nəticələrinin təhlili;
Rəhbərliyə
müvafiq hesabatların təqdim edilməsi.
Tələblər:
Ali təhsil;
Lizinq, bank, maliyyə, satış
və ya avtomobil sektorunda iş təcrübəsi;
Vəzifə səviyyəsindən asılı
olaraq müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi;
Lizinq və kredit
məhsulları haqqında biliklər;
Maliyyə və müştəri məlumatlarını təhlil
etmək bacarığı;
Satış və danışıqlar aparmaq
bacarığı;
Müştəriyönümlülük və yüksək kommunikasiya
qabiliyyəti;
MS Office proqramları,
xüsusilə Excel üzrə yaxşı istifadə bacarığı;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik,
operativlik və iş intizamına riayət;
Azərbaycan dilində səlis danışıq və
yazı bacarığı;
Avtomobil bazarı haqqında məlumatlılıq
arzuolunandır
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş rejimi: tam iş
günü;
Şirkət təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və
motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun
rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu
hissəsində “İnternational-Leasing” üzrəBöyük / Baş / Aparıcı mütəxəssisqeyd
etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
