Vakansiya haqqında
İş yeri: “Azerbaijan Green Energy Company” MMC, Port Baku Tower 1
İş rejimi: Tam ştat
Hesabat verir: İdarə Heyəti Sədrinin Müavini, Baş Maliyyə İnzibatçısı
İşin xülasəsi
İnvestisiya Analitiki şirkətin investisiya layihələrinin maliyyə və iqtisadi
təhlilinin aparılmasına, investisiya imkanlarının qiymətləndirilməsinə və qərarların qəbul edilməsi üçün analitik
məlumatların hazırlanmasına cavabdeh olacaq. Vəzifə çərçivəsində namizəd bərpa olunan enerji sektorunda investisiya
layihələrinin maliyyə modelləşdirilməsini, gəlirlilik və risk təhlilini, bazar araşdırmalarını və layihələrin
iqtisadi səmərəliliyinin qiymətləndirilməsini həyata keçirəcək.
Namizəd
investisiya qərarlarının əsaslandırılması, maliyyə proqnozlarının hazırlanması və layihələrin maliyyə
göstəricilərinin monitorinqi istiqamətində rəhbərliyə analitik dəstək göstərəcək.
Vəzifə öhdəlikləri
Bərpa olunan enerji sektorunda investisiya imkanlarını araşdırmaq, potensial
layihələrin maliyyə və iqtisadi cəhətdən qiymətləndirilməsini həyata keçirmək;
İnvestisiya layihələri üzrə maliyyə modelləri hazırlamaq, mövcud modelləri təhlil etmək və
yeniləmək;
Layihələrin xalis cari dəyərini (NPV), daxili gəlirlilik
dərəcəsini (IRR), geriödəmə müddətini və digər əsas maliyyə göstəricilərini hesablamaq və təhlil
etmək;
Layihələrin gəlirlilik, xərclər, pul vəsaitlərinin hərəkəti və
investisiya ehtiyacları üzrə proqnozlarını hazırlamaq;
Müxtəlif maliyyə
və əməliyyat ssenariləri üzrə həssaslıq (Sensitivity Analysis) və risk təhlilləri aparmaq;
İnvestisiya layihələri üzrə biznes-planların, texniki-iqtisadi əsaslandırmaların və
investisiya təkliflərinin hazırlanmasında iştirak etmək;
Yerli və
beynəlxalq enerji bazarlarını, sektor trendlərini, rəqabət mühitini və investisiya perspektivlərini
araşdırmaq;
İnvestisiya layihələrinin maliyyə nəticələrini və əsas
göstəricilərini (KPI) mütəmadi izləmək və təhlil etmək;
Potensial
investorlar, maliyyə institutları, məsləhətçilər və digər tərəfdaşlarla investisiya məsələləri üzrə əməkdaşlıq
etmək;
Rəhbərlik üçün analitik hesabatlar, təqdimatlar və investisiya
qərarlarını dəstəkləyən tövsiyələr hazırlamaq;
Şirkət rəhbərliyi
tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək.
Namizədə tələblər
Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali
təhsil;
İnvestisiya analitikası, korporativ maliyyə, maliyyə
modelləşdirilməsi və ya layihələrin maliyyə təhlili sahəsində ən azı 3–5 il iş təcrübəsi;
Maliyyə modelləşdirilməsi, investisiya layihələrinin qiymətləndirilməsi və biznes-planların
hazırlanması üzrə praktiki bilik və təcrübə;
NPV, IRR, EBITDA, CAPEX,
OPEX, WACC və pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə güclü biliklər;
Maliyyə hesabatlarının təhlili və maliyyə proqnozlarının hazırlanması
bacarığı;
MS Excel proqramında, xüsusilə mürəkkəb maliyyə modellərinin
qurulması və məlumatların təhlili üzrə yüksək səviyyədə işləmək bacarığı;
PowerPoint və digər MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
Analitik və strateji düşünmə, problem həll etmə və məlumatlar əsasında qərarvermə
bacarığı;
Güclü kommunikasiya, təqdimat və komanda ilə işləmək
bacarıqları;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma nümayiş
etdirmək.
Maraqlanan namizədlər öz CV və müşayiətedici məktublarını, mövzu hissəsində vakansiyanın
adını (Investment Analyst) göstərməklə,Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
