Vakansiya haqqında
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat
risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.
İşin təsviri:
Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak
edilməsi;
Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk
rәyinin verilməsi;
Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod
vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
Əməliyyat,
bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәtin
hәyata keçirilmәsi;
Ssenarilərin təhlil edilməsi, Stress-test
modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində
qalmasına nəzarət edir;
Əməliyyat risklәrinin idarә edilmәsi üzrә
hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icrası və insidentlər üzrə
müvafiq hesabatlıqların hazırlanması;
Əməliyyat risklərinə aparan
müvafiq bazar və likvidlik risklərinin idarə edilməsinin həyata keçirilməsi.
Namizədə dair tələblər:
Maliyyə, iqtisad sahəsində ali təhsil;
Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
Əla səviyyədə MS Excel biliyi;
Əla səviyyədə
Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
Mərkəzi Bankın normativ
xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
Detallara qarşı
diqqətlilik, operativlik, analitik düşünmə bacarığı;
FRM,PRM üzrə hər
hansı mərhələni keçən və ya digər risk əsaslı sertifikatlara sahib olan namizədlərə (CERM və s.) üstünlük
veriləcək;
Ekonometrika, statistik analitika haqqında biliklərə sahib
olması arzuolunandır.
İş şəraiti:
İş saatı 09:00-dan 18:00-dək;
İstirahət
günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində
“Əməliyyat risklərinin idarə dilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
