Vakansiya haqqında
İş şəraiti
İş yeri:Yasamal ray.,M.Muxtarov,ev 201
İş qrafiki:5 günlük iş həftəsi, 08:00–17:00
Əməkhaqqı:1500-2000 Azn.
Əsas vəzifə öhdəlikləri
Un və un məmulatları (kəpək, yem və s.) üzrə şirkətin ümumi satış strategiyasını
hazırlamaq və icrasına nəzarət etmək.
Mövcud müştərilərlə (çörək
zavodları, şirniyyat sexləri, topdansatış mərkəzləri və pərakəndə şəbəkələr) uzunmüddətli əməkdaşlığı inkişaf
etdirmək və yeni müştəri bazası formalaşdırmaq.
Bazar araşdırmaları
aparmaq, rəqiblərin qiymət siyasətini və tələb-təklif dinamikasını təhlil etmək.
Satış komandasının işini təşkil etmək, onlara aylıq və illik hədəflər (KPI) təyin etmək və
komandanın peşəkar inkişafını dəstəkləmək.
Xammal qiymətləri (taxıl
bazarı) və istehsal xərclərini nəzərə alaraq optimal qiymət və endirim siyasətini müəyyən
etmək.
Debitor borcların (nəğd və köçürmə ödənişlərin) vaxtında
yığılmasına nəzarət etmək.
İstehsalat və logistika şöbələri ilə sıx
əməkdaşlıq edərək sifarişlərin fasiləsiz və vaxtında çatdırılmasını təmin etmək.
Rəhbərliyə mütəmadi olaraq satış hesabatları və bazar proqnozları təqdim
etmək.
Vəzifə tələbləri
Yaş: 30-45
İqtisadiyyat, marketinq,
biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
Kommersiya
və ya satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübəyə üstünlük verilir;
B2B və topdansatış kanallarını dərindən bilmək, güclü danışıqlar aparmaq və inandırmaq
qabiliyyəti.
Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı;
ingilis və rus dili biliyi üstünlükdür.
MS Office proqramları (xüsusilə
Excel) və 1C proqramında işləmək bacarığı.
Ezamiyyətlərdə iştirak etmək
və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı.
Tələb olunan kompetensiyalar
Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük;
Güclü danışıqlar aparmaq və təqdimat bacarıqları;
Analitik düşüncə və nəticəyönümlülük;
MS Office
proqramlarında işləmək bacarığı;
Aydın yazılı hesabat və şifahi
təqdimat bacarığı;
Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə
riayət;
Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar
ünsiyyət qurmaq bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kommersiya direktoru (un məsələri
üzrə)” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
