Vakansiya haqqında
SR Logistics and Transport MMC komandamıza
qoşulmaq üçün məsuliyyətli və operativ Ofis meneceri axtarır.
Əsas
vəzifələr:
Ofisə gələn qonaqların qarşılanması və
yönləndirilməsi;
Telefon
zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
Daxil olan və göndərilən sənədlərin qeydiyyatının
aparılması və yönləndirilməsi;
Məktubların və kuryer göndərişlərinin qəbulu;
Ofis ləvazimatlarına nəzarət və sifarişlərin
təşkili;
Ofisin gündəlik
inzibati işlərinə dəstək göstərilməsi;
Əməkdaşlarla bağlı inzibati məsələlərin koordinasiyası;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların
icrası.
Namizədə
tələblər:
Səliqəli və işgüzar
görünüş;
Yüksək ünsiyyət
bacarığı;
Azərbaycan
dilində sərbəst danışıq bacarığı — rus və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramları ilə işləmək
bacarığı;
Məsuliyyətli,
diqqətli və operativ olmaq;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
20–35 yaş aralığında olan namizədlərə üstünlük
verilir.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş
həftəsi;
İş saatları:
09:00–18:00;
İş yeri: Bakı
şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 550 AZN (xalis).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində
“Ofis meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
