Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq
gündəlik mühasibat və vergi əməliyyatlarının idarə edilməsi;
ƏDV, mənfəət
vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi bəyannamələrinin hazırlanması;
Mühasibat əməliyyatlarının müvafiq proqram təminatında vaxtında və düzgün əks
etdirilməsi;
Əməkhaqqı, DSMF və digər məcburi ödənişlərin
hesablanması;
Vergi və mühasibat məsələləri üzrə tapşırıqların vaxtında
və dəqiq icra edilməsi.
Namizədə tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 3+ il iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə yaxşı
biliklər;
ƏDV, mənfəət vergisi, DSMF və əməkhaqqı hesablamaları üzrə
praktiki təcrübə;
1C və MS Excel proqramlarında praktiki işləmək
bacarığı;
PMS sertifikatının olması;
ACCA F3, F7 sertifikatının olması;
İngilis və ya
rus dillərindən ən azı birini yüksək səviyyədə bilmək;
Konsaltinq
sahəsində iş təcrübəsi üstünlükdür.
Biz nə təklif edirik?
Pozitiv və dəstəkləyici iş mühiti;
İş
qrafiki: bazar ertəsi–cümə, saat 08:30–17:30;
Həftədə bir dəfə evdən
işləmək imkanı;
Gross 1 750 – 2 500 AZN əməkhaqqı;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Könüllü
tibbi sığorta;
Kritik xəstəliklərdən və ölüm hallarından
sığorta;
Push30 abunəliyi;
Peşəkar təlimlərdə iştirak və inkişaf imkanları.
Qeyd:Aparıcı mühasib vəzifəsi üzrə tələb olunan təcrübə və
kvalifikasiyalara tam uyğun gəlməyən, lakin Mühasib (Mühasibat və Vergi üzrə mütəxəssis) kimi komandamıza qoşulmaq
istəyən namizədlər də müraciət edə bilərlər. Bu namizədlər bilik və təcrübə səviyyələrinə uyğun olaraq fərqli vəzifə
və əmək şərtləri üzrə dəyərləndiriləcəklər.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
