Vakansiya haqqında
Vəzifələr və məsuliyyətlər:
Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və
mühasibat uçotu standartlarına uyğun aparılması.
İlkin mühasibat
sənədlərinin yoxlanılması, sistemə işlənilməsi və düzgün rəsmiləşdirilməsinə nəzarət edilməsi.
Gündəlik maliyyə əməliyyatlarının, bank və kassa əməliyyatlarının uçotunun
aparılması.
Debitor və kreditor borclarının uçotunun aparılması,
üzləşmələrin həyata keçirilməsi və borcların izlənilməsi.
Alış, satış,
gəlir və xərc əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi.
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun aparılması, amortizasiya hesablamalarının
həyata keçirilməsi.
Əməkhaqqının, məzuniyyət və digər əmək ödənişlərinin
hesablanması, müvafiq tutulmaların və ödənişlərin düzgün uçota alınması.
Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması, yoxlanılması və
qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi.
ƏDV,
mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanmasına nəzarət
edilməsi.
Elektron qaimə-fakturaların, elektron vergi
hesab-fakturalarının və digər müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi.
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
Mühasibat hesablarının üzləşdirilməsi, inventarizasiyanın təşkili və nəticələrinin uçotda əks
etdirilməsi.
Bank çıxarışlarının, müqavilələrin, hesab-fakturaların,
təhvil-təslim aktlarının və digər maliyyə sənədlərinin yoxlanılması.
Vergi orqanları, banklar, auditorlar və digər aidiyyəti qurumlarla mühasibat məsələləri üzrə
işgüzar əlaqələrin aparılması.
Daxili maliyyə nəzarətinin
gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi və uyğunsuzluqların aradan qaldırılması.
Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə
göstəriciləri barədə məlumatların təqdim edilməsi.
Mühasibat sənədlərinin
düzgün arxivləşdirilməsi və məxfi maliyyə məlumatlarının qorunması.
Tələb edilən bacarıqlar və təhsil:
Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil.
Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi; aparıcı
mühasib vəzifəsində təcrübəyə üstünlük verilir.
Azərbaycan
Respublikasının vergi və əmək qanunvericiliyi, mühasibat uçotu qaydaları və maliyyə hesabatlılığı üzrə
biliklər.
Vergi bəyannamələrinin və maliyyə hesabatlarının müstəqil
hazırlanması bacarığı.
1C mühasibatlıq proqramı və MS Excel üzrə yaxşı
səviyyədə biliklər.
Elektron vergi kabineti, elektron qaimə-faktura və
digər müvafiq elektron sistemlərlə işləmək bacarığı.
Debitor və kreditor
borclarının, bank və kassa əməliyyatlarının uçotu üzrə təcrübə.
Analitik
düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı.
Yüksək
məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.
İşin müstəqil təşkili, prioritetlərin müəyyənləşdirilməsi və son tarixlərə riayət etmək
bacarığı.
İş şəraiti:
Əmək haqqı: 1300 Azn
İş qrafiki: 5 günlük
İş
yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
