Vakansiya haqqında
Lüks geyim mağazalarına təcrübəli və məsuliyyətli Aparıcı mühasib axtarırıq!
Vəzifə öhdəlikləri
Müəssisənin mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun
aparılması;
Gündəlik maliyyə və təsərrüfat əməliyyatlarının uçotuna
nəzarət;
Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması və
təqdim edilməsi;
ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin
hesablanması;
Elektron qaimə-fakturaların və ilkin mühasibat sənədlərinin
yoxlanılması;
Bank və kassa əməliyyatlarına, debitor və kreditor
borclarına nəzarət;
Əməkhaqqı, məzuniyyət və digər əmək ödənişlərinin
hesablanması;
Mal-material ehtiyatlarının, alış-satış əməliyyatlarının və
anbar qalıqlarının uçotunun aparılması;
Aylıq, rüblük və illik maliyyə
hesabatlarının hazırlanması.
Namizədə tələblər
Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
Aparıcı mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyini yaxşı bilmək;
Vergi və mühasibat uçotu üzrə praktiki biliklər;
MS
Excel proqramında sərbəst işləmək bacarığı;
Elektron vergi sistemi və
digər dövlət portalları ilə işləmək təcrübəsi;
Ticarət və pərakəndə satış
sahəsində mühasibatlıq təcrübəsi üstünlükdür;
Dəqiqlik, analitik düşünmə
və yüksək məsuliyyətlilik.Güclü ünsiyyət və problem həll etmə bacarığı;
Məsuliyyətli, obyektiv və analitik düşüncə qabiliyyəti.
İş şəraiti
İş yeri - Bakı şəhəri
Əməkhaqqı - 1500 AZN
İş rejimi: Tam ştat
CV-lərinizi mövzu hissəsində “Aparıcı mühasib”Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
