Vakansiya haqqında
Vəzifə və öhdəliklər
Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət
etmək;
CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya
sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;
Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək;
Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak
etmək;
Görülən işlər və texniki problemlər üzrə qeydlər
aparmaq.
Tələblər
Təhsil:İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika
və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili.
Təcrübə:CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya
sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi.
Texniki bacarıqlar:
Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət),
Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini
bilmək;
Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı
brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək;
Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan
qaldırmaq;
İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması,
istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi;
Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis
biliklərə malik olmaq.
Səriştələr:
Problemləri təhlil etmək və həll yolu tapmaq;
Məsuliyyətli və diqqətli olmaq;
Texniki
sorğulara operativ reaksiya vermək;
Komandada işləmək və ünsiyyət
qurmaq;
İşləri planlaşdırmaq və
prioritetləşdirmək.
Əmək haqqı: Müsahibə zamanı təyin
olunacaq
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
