Vakansiya haqqında
“A+CO” ASC “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” vəzifəsi üzrə işçi
axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak
etmək;
Büdcə üzrə kənarlaşmaları təhlil etmək
Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil
etmək;
Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq,
kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
Gəlir və xərc
göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
Hesabat məlumatlarının
düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq;
Rəhbərlik
tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq;
Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və
avtomatlaşdırılması istiqamətində iştirak etmək;
Hesabatların müəyyən
edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək.
Namizədə dair tələblər:
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi
(üstünlükdür);
Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə
biliklər;
Maliyyə və iqtisadi göstəricilərin təhlili
bacarığı;
Microsoft Excel proqramında yüksək səviyyədə işləmək
bacarığı;
Maliyyə və mühasibat uçotu prinsipləri haqqında
biliklər;
Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək
bacarığı;
Komandada işləmək və vaxtın düzgün idarə edilməsi
bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Üstünlük hesab olunur:
Logo , ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək
təcrübəsi;
Power BI üzrə biliklər;
Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi;
MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər.
Şəxsi keyfiyyətlər:
Analitik və məntiqi düşünmə;
Dəqiqlik və
diqqətlilik;
Təşəbbüskarlıq;
Məxfi məlumatlarla işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab
Zavodu);
İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5
günlük;
Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis
xidməti ilə şirkət tərəfindən təmin olunur.
Əmək haqqı - Bilik və
bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və
hesabatlılıq üzrə mütəxəssis” yazaraqMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş
olunur
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
