Vakansiya haqqında
Təsvir
Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot
registrlərində düzgün əks etdirilməsini təmin etmək;
İlkin
mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin
etmək;
Mal-material qiymətlilərinin və əsas vəsaitlərin
uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək;
Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, sifarişçi və
təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq;
Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda
Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin
təmin edilməsi;
Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks
etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin
edilməsi;
Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu
təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin
inventarizasiya prosesində iştirak edilməsi;
Daxil olan elektron
qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət
edilməsi;
Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və
digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin
edilməsi;
Tədarükçülərlə daimi üzləşmələrin aparılması və bununla
bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin
aparılması;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə
yetirmək
Tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
Aparıcı mühasib üzrə minimum 3 il iş təcrübəsi
1C
8.3 üzrə praktiki biliklər;
MS Excel üzrə yaxşı səviyyədə
bilik;
Elektron portallarla işləmə
bacarığı;
İstehsalat və anbar uçotu üzrə
təcrübə;
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
