Vakansiya haqqında
OnWay komandasına qoşul!
OnWay şirkəti korporativ müştərilərlə əlaqələrin qurulması, yeni müştərilərin cəlb
edilməsi və satışların artırılması istiqamətində çalışacaq Telesatış mütəxəssisi
axtarır.
İş öhdəlikləri
Potensial müştərilərlə telefon zəngləri vasitəsilə əlaqə
yaratmaq;
Şirkətlərə OnWay-in kuryer,mebel sifarişlərini və korporativ
təchizat xidmətlərini təqdim etməklə sifariş qazanmaq;
WhatsApp və sosial
şəbəkələr vasitəsilə müştərilərlə ünsiyyət qurmaq;
Yeni müştərilər cəlb
etmək və sifarişlərin əldə olunmasını təmin etmək;
Müştərilərin
ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətlər təklif etmək;
Kommersiya təkliflərini təqdim etmək və əməkdaşlıq imkanlarını inkişaf
etdirmək;
Müştərilərlə aparılan danışıqların və satış nəticələrinin
qeydiyyatını aparmaq.
Namizədə tələblər
Ünsiyyət və təqdimat bacarığı;
Səlis nitq
və inandırma qabiliyyəti;
Azərbaycan dilində sərbəst
danışıq;
Telefonla satış və müştərilərlə işləməyə
maraq;
Kompüter və sosial şəbəkələrdən istifadə
bacarığı;
Məsuliyyətlilik, aktivlik və
nəticəyönümlülük.
Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Təcrübəsi olmayan,
lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
Özünü satış sahəsində inkişaf etdirmək və OnWay komandasının bir hissəsi olmaq
istəyirsənsə, CV-ni aşağıdakı ünvana göndər:
OnWay — Sifarişiniz yoldadır!
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
