Vakansiya haqqında
Təsvir
Şirkətin illik büdcəsinin hazırlanması prosesinin koordinasiyasında iştirak etmək,
struktur bölmələrdən daxil olan büdcə məlumatlarını təhlil etmək və konsolidasiya etmək;
Aylıq, rüblük və illik idarəetmə və pul vəsaiti hesabatlarının hazırlanmasını təmin
etmək;
Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli
təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyən etmək;
Büdcənin
icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər
hazırlamaq;
Dövri maliyyə proqnozlarının (Forecast / Rolling Forecast)
hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
Müxtəlif biznes
istiqamətləri, layihələr və investisiyalar üzrə maliyyə modelləri və ssenari analizləri
hazırlamaq;
Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları
Standartlarına (IFRS) uyğun hazırlanması prosesində iştirak etmək və hesabatların düzgünlüyünü, tamlığını və
ardıcıllığını təmin etmək;
İllik və zərurət yarandıqda aralıq xarici
audit prosesinin planlaşdırılması, təşkili və koordinasiyasında iştirak etmək;
Büdcələmə, maliyyə hesabatlığı və audit proseslərinin avtomatlaşdırılması və
təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
Şöbə daxilində iş
bölgüsünün və tapşırıqların icrasının koordinasiyasında şöbə müdirinə dəstək göstərmək;
Şöbə müdirinin tapşırıqlarının icrasını təmin etmək və Şöbə müdirinin olmadığı hallarda
səlahiyyət çərçivəsində şöbənin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək.
Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə
üzrə ali təhsil;
Büdcələmə, idarəetmə hesabatlığı və ya audit üzrə 4–5 il
iş təcrübəsi;
Büdcələmə, forecasting, variance analysis, cash flow və
maliyyə modelləşdirilməsi üzrə güclü bilik;
P&L, Balance Sheet və
Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
Dəyişən prioritetlərə uyğunlaşmaq və bir neçə tapşırığı effektiv idarə etmək
bacarığı;
MS Excel üzrə yüksək səviyyədə təcrübə;
Sərbəst Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi mütləqdir; rus dili biliyi isə
üstünlükdür.
ACCA, DipIFR, CPA və ya digər beynəlxalq sertifikatlar (və
ya bu istiqamətdə təhsil) üstünlükdür;
Power BI və digər BI/reporting
alətləri üzrə bilik üstünlükdür;
1C və ERP sistemləri ilə iş təcrübəsi
üstünlükdür.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
İş yeri: Bayıl (servis mövcuddur);
Həyat yığım
sığortası;
Könüllü tibbi sığorta;
Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
