Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Kredit riski
Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi
yazmaq
Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü
ərzində rəy vermək
Kredit Komitəsinin iclaslarında səs vermək,
qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq
Zaminlərin (fiziki və
hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək
Qərar mexanizmi və siyasətlər
Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin
təsdiqinə təqdim etmək
Qaydaların nəticələrini data analitiki ilə
birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək
Kredit
siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq
Komplayens və AML
KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək
Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək
AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə
hesabat prosesini qurmaq
Müşahidə Şurasına AML üzrə dövri hesabat
vermək
Daxili nəzarət
Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq
Sistemlərə giriş hüquqlarına nəzarət etmək
Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim
etmək
Tələblər
Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il
təcrübə
AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik
bilik
Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək
bacarığı
Azərbaycan Kredit Bürosu hesabatları ilə iş
təcrübəsi
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV)
"mövzu" yerinə "Risk və kamplayens meneceri" qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
