Vakansiya haqqında
Təsvir
Aylıq, rüblük və illik maliyyə, büdcə və idarəetmə hesabatlarının şirkətin daxili
prosedurlarına uyğun olaraq vaxtında hazırlanmasını, təsdiq üçün rəhbərliyə təqdim edilməsini təmin
etmək
Gəlir və xərc proqnozlarının hazırlanmasını həyata keçirmək,
maliyyə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
Maliyyə nəticələrini təhlil etmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyin qərarvermə
prosesini dəstəkləyən maliyyə məlumatlarını təqdim etmək;
Şirkətin illik
büdcəsinin daxili prosedurlara uyğun şəkildə hazırlanması və icrası prosesinə rəhbərlik etmək;
Daxili və xarici audit prosesləri çərçivəsində tələb olunan maliyyə məlumatlarının vaxtında
təqdim edilməsini təmin etmək, audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesinə
nəzarət etmək;
Komandanın fəaliyyətini effektiv şəkildə idarə etmək,
əməkdaşların peşəkar inkişafını dəstəkləmək və yüksək performanslı iş mühitinin formalaşdırılmasını təmin
etmək
Rəhbərlik tərəfindən verilən digər tapşırıq və sorğuların vaxtında
və keyfiyyətli icrasını təmin etmək.
Tələblər
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə malik
olmaq;
ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və
mühasibatlıq sertifikatlarına malik olmaq üstünlük hesab edilir;
Maliyyə,
hesabatlılıq və büdcə analizi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə
fəaliyyət göstərmiş olmaq;
Beynəlxalq audit xidmətləri göstərən aparıcı
şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək
bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq;
Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq (rus
dili biliyi üstünlükdür).
Xüsusi tələblər:
Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin nəzəri və praktik
biliklərə malik olmaq;
Microsoft Excel proqramında qabaqcıl səviyyədə
bilik və analitik işləmə bacarığına malik olmaq;
Yüksək stress şəraitində
səmərəli fəaliyyət göstərmək və komandada effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
