Vakansiya haqqında
Məkan: Bakı, Azərbaycan
Vəzifə haqqında
ABV.AZ komandası yaradıcılığa və vizual estetikaya dəyər verən Graphic
Designer axtarır.
Əgər sən öyrənməyə açıq, təşəbbüskar
və inkişaf yönümlü bir mühitdə böyüməyə hazırsansa — səni komandamızda görməkdən məmnun
olarıq.
ABV komandasına Qrafik Dizayner
axtarılır
Əgər dizaynı yalnız estetik yanaşma deyil, həm də
brend dəyərinin formalaşdırılması və marketinq hədəflərinə çatmaq üçün strateji alət kimi görürsünüzsə, komandamızda
sizi görməkdən məmnun olarıq.
Əsas vəzifə
öhdəlikləri:
Sosial media, rəqəmsal reklam kampaniyaları,
e-mail marketinq materialları, təqdimatlar, çap məhsulları və digər kommunikasiya vasitələri üçün kreativ
vizualların hazırlanması
Marketinq kampaniyaları, məhsul və xidmət təşviqləri üçün konseptual dizayn
həllərinin yaradılması
Briflər əsasında vizual kontentin hazırlanması və brend standartlarına
uyğunlaşdırılması
Marketinq
və kontent komandası ilə sıx əməkdaşlıq edərək effektiv kommunikasiya materiallarının
hazırlanması
Namizəddən
gözləntilərimiz:
Qrafik dizayn sahəsində minimum 2–4 il iş
təcrübəsi
Sosial media,
reklam, kampaniya və çap işlərini əhatə edən portfolio
Adobe Creative Suite proqramlarında sərbəst işləmək bacarığı (Photoshop,
Illustrator)
Vizual
iyerarxiya, kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə güclü biliklər
Komanda ilə əməkdaşlıq, konstruktiv feedback qəbul etmə
və vaxtın effektiv idarə olunması bacarığı
Dinamik və sürətli iş mühitində yüksək məsuliyyətlə fəaliyyət
göstərmək
Motion Design və
animasiya üzrə bacarıqlar (Adobe After Effects və digər müvafiq proqramlar) (üstünlükdür)
Təklif etdiyimiz
imkanlar:
Rəsmi işə qəbul
5 günlük iş rejimi:
09:00–18:00
Böyük
texnologiya brendləri ilə işləmək imkanı
Peşəkar və inkişaf yönümlü komanda mühiti
Müxtəlif marketinq layihələrində iştirak
imkanı
Maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Qrafik Dizayner” qeyd
olunmalıdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
