Vakansiya haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Şirkətin baş ofisi, mağazaları və filialları üzrə sistem və şəbəkə infrastrukturunun
fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki riskləri vaxtında aşkar etmək və İT xidmətlərinin daxili
qaydalara uyğun şəkildə göstərilməsinə nəzarət etməkdir.
Vəzifə öhdəlikləri:
Sistem və server infrastrukturunun idarə edilməsi
Korporativ şəbəkə və server infrastrukturunun sabit işini təşkil edir və idarə
edir.
Server və şəbəkə avadanlıqlarının monitorinqini aparır, dövri
baxışını və yenilənməsini təmin edir.
Performansın artırılması üçün
şəbəkə və sistemləri monitorinq edir, zəruri dəyişiklikləri müəyyənləşdirir və rəhbərinə təklif
edir.
Şəbəkə bağlantıları, internet və IP telefoniya
Mağaza, ofis və serverlərdə internet kanalının sabit işini təşkil edir və idarə
edir.
Baş ofis və filiallar arasında şəbəkə bağlantılarının işlək
vəziyyətdə olmasını təmin edir.
IP telefon sisteminin idarə olunmasını
həyata keçirir.
Şəbəkə servisləri üzrə problemləri araşdırır,
nasazlıqların aradan qaldırılması üçün texniki tədbirlər görür.
E-poçt, ehtiyat nüsxə və informasiya təhlükəsizliyi
Korporativ elektron poçt sisteminin sabit işini təşkil edir və idarə
edir.
Ehtiyat nüsxələrinin çıxarılmasını və ehtiyac yarandıqda bərpa
olunmasını təmin edir.
Korporativ antivirus, antispam və digər
təhlükəsizlik sistemlərinin monitorinqini və idarə olunmasını həyata keçirir.
Korporativ şəbəkənin, serverlərin və son istifadəçi mühitinin kiberhücumlara qarşı
dayanıqlılığının təmin olunmasına dəstək göstərir.
Aşkar olunan
informasiya təhlükəsizliyi riskləri, texniki zəifliklər və insident ehtimalları barədə IT Meneceri vaxtında
məlumatlandırır.
Lisenziyalar, sertifikatlar və texniki xidmətlərin
izlənilməsi
Lisenziya, sertifikat və digər ödənişli proqram təminatları və xidmətlərin
mövcudluğunu və yenilənmə müddətlərini izləyir.
Zərurət yarandıqda
texniki dəstək personalına köməklik göstərir.
SLA, texniki sorğular və hesabatlılıq
Sorğuların SLA tələblərinə uyğun icrasına nəzarət edir, gecikmə və problem
yarandıqda operativ tədbir görür.
Texniki problemlər, risklər və açıq
məsələlər barədə rəhbərliyi vaxtında məlumatlandırır və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər
hazırlayır.
IT Menecer tərəfindən verilən tapşırıqları icra edir, zəruri
hesabatları hazırlayaraq təqdim edir.
Görülmüş işlər və açıq texniki
məsələlər üzrə məlumatların qeydiyyatını və izlənməsini təmin edir.
Daxili qaydalara uyğunluq
Şirkətin İT siyasət, prosedur və qaydalarına uyğun xidmət
göstərir.
İnfrastruktur dəyişikliklərini təsdiq proseslərinə uyğun icra
edir.
Məsuliyyət sahəsi:
Sistem və şəbəkə inzibatçılığı
Server və
şəbəkə avadanlıqlarının monitorinqi və idarə olunması
Korporativ e-poçt,
backup və bərpa prosesləri
İnformasiya
təhlükəsizliyi
IP telefoniya və filial şəbəkə bağlantılarının texniki
dəstəyi
SLA və xidmət keyfiyyətinə nəzarət
Tələblər
Professional biliklər:
Server əməliyyat sistemləri, domen xidmətləri və korporativ server servisləri üzrə
praktiki biliklər. (Bu tələb CV-də Windows/Linux server inzibatçılığı, Active Directory/domen mühitinin idarə
olunması, korporativ e-poçt, DNS, RDS, SQL/database və/və ya oxşar server servisləri üzrə iş təcrübəsi göstərildikdə
qarşılanmış hesab edilir)
Virtualizasiya və storage infrastrukturu üzrə
praktiki biliklər. (Bu tələb CV-də VMware ESX/ESXi/vCenter və ya oxşar virtualizasiya platformaları, SAN/NAS/DAS,
iSCSI/FC və/və ya storage sistemlərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab
edilir)
Şəbəkə servisləri, routing/switching, VPN, VLAN və LAN/WAN
infrastrukturu üzrə praktiki biliklər. (Bu tələb CV-də TCP/IP, DHCP/DNS, VLAN, VPN, routing/switching, firewall,
Radius, load balancing və/və ya oxşar şəbəkə servislərinin idarə olunması üzrə iş təcrübəsi göstərildikdə
qarşılanmış hesab edilir)
Router, firewall, switch və wireless şəbəkə
avadanlıqlarının konfiqurasiyası və idarə olunması üzrə praktiki təcrübə. (Bu tələb CV-də Cisco, HPE, Fortigate,
Mikrotik, Aruba, Ubiquiti və ya oxşar şəbəkə avadanlıqları ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab
edilir)
Backup və recovery sistemləri üzrə praktiki bilik və iş
təcrübəsi. (Bu tələb CV-də ehtiyat nüsxələrin idarə olunması, bərpa prosesləri, Veeam, Acronis, Symantec, Norton və
ya oxşar backup sistemləri üzrə təcrübə göstərildikdə qarşılanmış hesab edilir)
Korporativ antivirus, antispam və informasiya təhlükəsizliyi monitorinqi üzrə baza praktiki
biliklər. (Bu tələb CV-də endpoint security, antivirus/antispam sistemlərinin idarə olunması, təhlükəsizlik
monitorinqi və/və ya texniki risklərin izlənilməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab
edilir)
IP telefoniya və IP-PBX sistemləri ilə iş təcrübəsi
arzuolunandır.
SLA, monitorinq, insident qeydiyyatı, ticketing sistemi
və/və ya texniki xidmət idarəetməsi üzrə təcrübə arzuolunandır.
MCSA,
MCSE, CCNA, CCNP, VCP, CompTIA+ və ya oxşar sistem/şəbəkə üzrə peşəkar sertifikatlar
arzuolunandır.
İngilis dili biliyi: A2 və ya daha yüksək səviyyədə
arzuolunandır.
Təhsil:
İT, kompüter elmləri, şəbəkə, kibertəhlükəsizlik, telekommunikasiya və ya əlaqəli
texniki sahə üzrə ali təhsil.
İş təcrübəsi:
Sistem, şəbəkə və ya IT infrastrukturunun inzibatçılığı üzrə ən az 3 il iş
təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
Analitik və alqoritmik düşüncə
Məsuliyyət
Ünsiyyət
bacarıqları
Zamanın idarə olunması
Operativ qərarvermə və problem həll etmə bacarığı
Prioritetləşdirmə və kritik texniki məsələləri düzgün eskalasiya etmə
bacarığı
Məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət
etmə
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
