Vakansiya haqqında
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid
avtomobilləri
Vəzifə öhdəlikləri:
Avtomobillərin təkər düzülüşünün (razval-konvergensiya) yoxlanılması və
tənzimlənməsi;
Təkərlərin balanslaşdırılması;
Müasir razval-balans avadanlıqları vasitəsilə ölçmə və tənzimləmə işlərinin
aparılması;
Təkər, disk, asqı və sükan sistemlərinin texniki vəziyyətinin
yoxlanılması;
Təkərlərin qeyri-bərabər yeyilməsinin səbəblərinin müəyyən
edilməsi;
Təkər və asqı sistemlərində aşkar edilmiş nasazlıqlar barədə
məlumat verilməsi;
Tənzimləmə işlərindən sonra nəticələrin
yoxlanılması;
Görülən işlərin istehsalçı standartlarına uyğun həyata
keçirilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Razval-balans avadanlıqları ilə işləmək üzrə praktiki təcrübə;
Təkər, disk, asqı və sükan sistemləri üzrə texniki bilik;
Müasir 3D razval avadanlıqlarından istifadə bacarığı;
Təkər aşınmalarını düzgün qiymətləndirmək bacarığı;
Avtomobilin texniki göstəricilərinə uyğun tənzimləmə aparmaq bacarığı;
Elektrik və Plug-in Hibrid avtomobillərinin texniki xüsusiyyətləri barədə ümumi
bilik;
Dəqiq, məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
Müasir 3D razval-balans avadanlıqları ilə işləmək təcrübəsi.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar
qəsəbəsi)
İş rejimi: 6 günlük iş
qrafiki
İstirahət günü:Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən
ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Təkər düzlüyü və balanslaşdırma
üzrə usta” qeyd etməkləMüraciət etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
