Vakansiya haqqında
Vəzifənin məqsədi
Metal konstruksiyaların və detalların texniki çertyojlara, qaynaq texnologiyasına və
müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun, təhlükəsiz və keyfiyyətli qaynaq edilməsini təmin etmək.
Əsas vəzifə və öhdəliklər
Metal konstruksiyaların, detalların və digər metal elementlərin verilmiş
tapşırıqlara və texniki sənədlərə uyğun qaynaq işlərini yerinə yetirmək;
Qaynaq işlərini müəyyən edilmiş texnoloji tələblərə, texniki çertyojlara və qaynaq üsuluna
uyğun həyata keçirmək;
Elektrodla qaynaq (MMA), yarımavtomat qaynaq
(MIG/MAG) və digər müvafiq qaynaq üsullarından iş tapşırığına uyğun istifadə etmək;
Qaynaqdan əvvəl metal səthləri, detalların birləşmə hissələrini və qaynaq avadanlıqlarını işə
hazırlamaq;
Qaynaq aparatlarından, alətlərdən və fərdi mühafizə
vasitələrindən təyinatına uyğun istifadə etmək;
Qaynaq tikişlərinin
keyfiyyətini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurlar barədə birbaşa rəhbərə məlumat vermək və onların aradan
qaldırılmasını təmin etmək;
Qaynaq işləri zamanı texnoloji ardıcıllığa və
müəyyən edilmiş keyfiyyət tələblərinə riayət etmək;
Qaynaq
avadanlıqlarının və iş alətlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, nasazlıqlar barədə birbaşa rəhbərə
məlumat vermək;
İş yerində təmizliyi, səliqəni və materiallardan səmərəli
istifadəni təmin etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM
tələblərinə riayət etmək;
Görülmüş işlər və iş prosesində yaranan
problemlər barədə birbaşa rəhbərə məlumat vermək.
Namizədə tələblər
Orta və ya texniki peşə təhsili, müvafiq qaynaq ixtisası üzrə hazırlıq
arzuolunandır;
Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsi
üstünlükdür;
Elektrodla (MMA) və yarımavtomat (MIG/MAG) qaynaq üsulları
üzrə praktiki bilik və bacarıqlar;
Metal konstruksiyaların və detalların
qaynağı üzrə biliklər;
Texniki çertyojları və qaynaq işlərinə dair
texniki sənədləri oxumaq bacarığı;
Qaynaq tikişlərində yarana biləcək
qüsurlar və onların qarşısının alınması barədə məlumatlı olmaq;
Qaynaq
avadanlıqlarından və fərdi mühafizə vasitələrindən düzgün istifadə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6
günlük iş həftəsi;
Nahar və servis xidməti ilə təminat.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər vəyaCV-niziRecruitment@poladis.azünvanına “Qaynaqçı” başlığı ilə 31.10.2026-cı il tarixinədək göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
