Vakansiya haqqında
İşçilərimizin şirkət daxili karyera yüksəlişi əldə
etmələri səbəbi ilə yaranmış vakansiyalarımıza və Yeni açılacaq filiallarımız üçün komanda yoldaşları
axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime
ailəsinin bir üzvü ola bilərsiniz!
Prime Accessories – yeniliklərə açıq və
karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri
görəcəksiniz:
Filiala daxil olan müştəriləri qarşılamaq,
istəklərini öyrənmək və ona uyğun məhsullar təklif etmək;
Kompaniyalar haqqında müştəriyə məlumat vermək;
Satışı həyata keçirtmək;
Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim
öyrənməyə və inkişafa meyil etmək, şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak
etmək
Hansı super gücləriniz
olmalıdır:
İnandırma
qabiliyyəti
Gülərüzlü, ünsiyyətcil
Satış sahəsində iş təcrübəsi min. 2
il
Xarici dil bilgisi
mütləqdir ( rus və ingilis dili danışıq səviyyəsində )
Komandada işləmə bacarığına sahib
Nitq mədəniyyəti
22-30 yaş aralığı
namizədlər
Tələbələr üçün uyğun deyil
Biz sizə nələr təklif
edirik:
Şirkət məhsullarını endirimlə əldə etmək
imkanı;
Partnyor olduğumuz
məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
Şirkət daxili təlim və
inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
6 günlük növbəli qrafikdə iş rejimi (10:00-18:00,
12:00-20:00, 14:00-22:00)
Satış sahəsində nailiyyətlərə görə əmək haqqından
əlavə bonuslar.
Fix 600 Azn və faizdən ibarət əmək haqqı sistemi
Bizim komandaya necə qoşula
bilərsiniz:
Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək
istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi
“Satış məsləhətçisi” başlığı iləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
