Vakansiya haqqında
Təsvir
İnkassatorların marşrutlarının və gündəlik inkassa prosesinin
koordinasiyası.
İnkassa olunan və olunmayan marketlər üzrə gündəlik
məlumatların toplanması, yoxlanılması və aidiyyəti şəxslərə göndərilməsi.
İnkassa paketlərinin və pul vəsaitlərinin təhvil-təslim prosesinə nəzarət
edilməsi.
Qəbul kassaları üzrə əməliyyatların yoxlanılması, yaranan
fərqlərin araşdırılması və düzəlişlərin koordinasiyası.
Problemli inkassa
paketlərinin müəyyən edilməsi, həllinin təşkili və sayım kassasına təhvil verilməsinin
izlənilməsi.
İnkassa əməliyyatları üzrə məlumatların SAP və Tiger
sistemlərinə daxil edilməsi və müvafiq əməliyyatların icrasının izlənilməsi.
Terminal ödənişləri üzrə gecikmələrin və texniki problemlərin müəyyən edilməsi, aidiyyəti
komandalarla həllinin koordinasiyası.
Sənəd daşınması xərcləri üzrə
cədvəllərin hazırlanması və yaranan uyğunsuzluqların araşdırılması.
Sürücülərin bonus və əməkhaqqı hesablamaları üçün məlumatların hazırlanması və aidiyyəti
şəxslərə təqdim edilməsi.
Seyf paketlərin hazırlanması, paylanması və
uçotunun aparılması.
İnkassa aktlarının və protokollarının hazırlanması,
sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi.
Yeni açılan və yeri
dəyişdirilən marketlərin inkassa marşrutlarına daxil edilməsinin koordinasiyası.
İnkassa prosesləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların
hazırlanması.
İnkassa əməliyyatları zamanı yaranan problemlərin
araşdırılması, məlumatların düzgünlüyünün təmin edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin
verilməsi.
İş qrafiki: 5 gün, 08:00-17:00
Tələblər
Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Təcrübə: Maliyyə, kassa əməliyyatları, inkassasiya və ya
əməliyyatların koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi;
Proqram təminatı üzrə biliklər : MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; SAP və
digər ERP sistemləri üzrə biliklər üstünlükdür;
Peşəkar biliklər: Kassa
əməliyyatları, pul vəsaitlərinin uçotu, təhvil-təslim və üzləşmə prosesləri üzrə biliklər;
Analitik bacarıqlar: Məlumatların təhlili, maliyyə fərqlərinin araşdırılması və hesabatların
hazırlanması bacarığı;
Şəxsi keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik,
operativlik
Üstünlükdür: Pərakəndə satış (Retail) və FMCG sektorunda iş
təcrübəsi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Servislə təmin
olunur
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
